İran paytaxtında atışma olub - ölən və yaralananlar var - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İran paytaxtında atışma olub - ölən və yaralananlar var

Dünya A- A A+

İranın paytaxtı Tehranda Taleqani küçəsində silahlı insident yaşanıb. Hadisə nəticəsində 2 polis zabiti yaralanıb.

Ednews “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran əyaləti polis idarəsindən bildiriblər.

Məlumata görə, Şəhidlər və Veteranlar Fondunun qarşısında adamların çox olduğu vaxt bir nəfər tapança ilə zabitlərə və sıravi vətəndaşlara atəş açıb. Hadisə nəticəsində iki polis əməkdaşı da ayaqlarından yaralanıb. Yaralanan polis zabitləri hospitala yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulduğuna dair məlumat yayılıb.

Qeyri-rəsmi mənbələrin yaydığı məlumata əsasən, atışma nəticəsində Tehran Şəhər Polis İdarəsinin zabiti Abbas Rahəncam ölüb, həyat yoldaşı yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...