Azərbaycanın Kiyevdə yerləşən səfirlik binasının yaxınlığına raket düşdü - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Azərbaycanın Kiyevdə yerləşən səfirlik binasının yaxınlığına raket düşdü

Dünya A- A A+

Bu gün səhər saatlarında Kiyevin Şevçenkovski rayonunda bir neçə partlayış səsi eşidilib. Paytaxta hücum nəticəsində 9 mərtəbəli binaya raket düşüb. Yanğın söndürülüb, insanlar xilas edilib.

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, raket düşən bina Azərbaycanın Kiyevdə yerləşən səfirlik binasının yaxınlığındadır.

Kiyev meri Vitali Kliçko raket hücumu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, dağıntılar altında insanlar qalıb. O, həmçinin bildirib ki, hazırda iki zərərçəkən barədə məlumat var.

Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, ikinci raket uşaq bağçasına düşüb.

“Yüksək dəqiqlikli raketin ikinci zərbəsi Polovetskaya küçəsindəki uşaq bağçasına dəyib. Uşaq meydançası olan yerdə indi diametri 7 metr olan çuxur  var” deyə o, qeyd edib.

Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib ki, rus qoşunları Kiyevə və Kiyev vilayətinə 14 raket zərbəsi endirib.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak da Kiyevə atılan raket hücumuna münasibət bildirib. Bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri yayıb.

O, müttəfiqləri Ukraynanı mümkün qədər tez müasir hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

“Ruslar Kiyevi yenidən vurdular. Raketlər yaşayış binasına və uşaq bağçasına düşüb. Onlar bütün müharibə qaydalarını pozaraq dinc əhali ilə vuruşmağa davam edirlər. Ukraynanın müasir raketdən müdafiə sistemlərinə ehtiyacı var. Bu barədə müttəfiqlərimizlə danışırıq. Və bu, ordumuza döyüş meydanında rusları məğlub etməyə kömək edəcək”, - Yermak yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...