Qərb 2014-cü ildən bəri Rusiyaya qarşı aktiv fəaliyyətə hazırlaşıb və bu, Rusiya üçün təəccüblü deyil.
Ednews xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Biz buna fakt kimi yanaşmalıyıq. Onların 2014-cü ildən bizə qarşı hansısa aktiv fəaliyyətlərə hazırlaşması bizim üçün xəbər deyil. Bizim öz maraqlarımızı qorumaq üçün qətiyyətli addımlarımız məhz bununla izah olunur", - deyə Rusiya prezidenti vurğulayıb.