İranın cənubunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb, 44 nəfər yaralanıb.
Ednews xəbər verir ki, bu barədə İranın təcili yardım təşkilatının sözçüsü Muctaba Xaledi məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib, 22-sinə isə hadisə yerində tibbi yardım göstərilib.