"2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gətirilməsində bütün Qərb sevdalıları və anti-Rusiyaçılar günahkardır".
Ednews xəbər verir ki, bunu erməni siyasətçi, "Hayrenik" partiyasının funksioneri Arsen Babayan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanı Ermənistanı sevməyənlər hakimiyyətə gətirib:
"Onun hakimiyyətə gəlməsində rüşvətxor məmurlar və Ermənistanı sevməyənlər məsuliyyət daşıyır. Paşinyanı Azərbaycanı və türkləri sevənlər hakimiyyətə gətirib. Onun siyasi valideynləri də qarşı tərəfə rəğbət bəsləyirlər. Nikol Paşinyan hakimiyyətdə qaldıqca hələ çox müsibətlərə şahid olacağıq".