“Avropa İttifaqının yeni sanksiyalar paketi hökumət əleyhinə nümayişçilərə qarşı təzyiqlərə görə Avropada məsul hesab edilən 30 iranlı xadimə təsir göstərə bilər”.
Ednews xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna “Le Parisien” qəzetinə müsahibəsində deyib.
“Bir neçə sanksiya paketi qəbul edilib. Biz repressiyalara görə məsuliyyət daşıyan 30 nəfərə qarşı yönələcək Avropa səviyyəsində yeni sanksiyalar tələb etmişik. Bunu Brüsseldəki nazirlər yekunlaşdırmalıdır” - deyə, o bildirib.