Ukraynaya uran tərkibli silahların verilməsinə Rusiyadan REAKSİYA - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Ukraynaya uran tərkibli silahların verilməsinə Rusiyadan REAKSİYA

Dünya A- A A+
“Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi deyib ki, Ukrayna tükənmiş uran sursatını Ukraynaya təhvil verəcək. Yəni, Yuqoslaviya ssenarisi. Bu mərmilər bu torpaqlarda yaşayan insanları nəinki öldürür, eyni zamanda ətraf mühitə sirayət edir, onkologiyaya səbəb olur”. 
 
Ednews xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova teleqram kanalında yazıb. 
 
“Yuqoslaviyada bundan ilk olaraq NATO əsgərləri, xüsusən də italyanlar əziyyət çəkirdilər. Sonra uzun müddət itmiş sağlamlıqlarına görə NATO-dan təzminat almağa çalışdılar. Lakin onların iddiaları rədd edilib”, - deyə Zaxarova əlavə edib. 
 
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirliyi Ukraynaya uran tərkibli mərmilərin veriləcəyini elan edib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...