Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya gizli səfər edib - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya gizli səfər edib

Dünya A- A A+

Şahzadə Uilyam Polşanın cənub-şərqindəki Rzeşova hərbi bazasına qəfil səfər edib.

Ednews-un xəbərinə görə, o, Britaniya əsgərlərinə təşəkkür edib.

Şahzadə Uilyamın səfəri təhlükəsizlik baxımından gizli saxlanılıb.

Hərbi baza Ukrayna sərhədi yaxınlığında yerləşir.

"Burada etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Siz burada həqiqətən vacib bir iş görürsünüz. Azadlığımızı müdafiə etmək həqiqətən vacibdir. Hər kəs sizi dəstəkləyir”,- deyə o, qeyd edib.

Qeyd edək ki, Rzeşov Ukrayna sərhədindən bir saatdan çox məsafədə yerləşir.

Britaniya qoşunları Polşanın hava məkanının təhlükəsizliyinə kömək etmək üçün oradadır.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...