Moskvada həbsxanada həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının dəfn mərasimi keçirildi.
Ednews xəbər verir ki, məlumata görə, onun dəfninə yüzlərlə insan gəlib.
Mərhumla vida mərasimi bitəndən sonra onu bu gün ziyarət üçün bağlı olan Borisovski qəbiristanlığında dəfn edəcəklər.
Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında fevralın 16-da vəfat edib.