"Qərb müttəfiqləri Ukraynada Rusiyaya qarşı proksi (vasitəçilik, üçüncü tərəf) müharibədə qalib gələ bilməyəcək."
Ednews xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib. Onun fikirlərinə görə bunun sadəcə bir yolu var.
"Yalnız bir həll yolu var: sülh danışıqları gec-tez başlamalıdır. Bu nə qədər tez baş verərsə, bu, iştirak edən hər kəs üçün bir o qədər yaxşı olar".
Qeyd edək ki, Rusiya-Macarıstan əməkdaşlığından danışan Orban, ölkənin bundan imtina etmək fikrində olmadığını qeyd edərək əlavə edib ki, Macarıstan yalnız Avropa İttifaqının sanksiyalarından təsirlənən sahələrdə Rusiya ilə əməkdaşlıq etmir.
Əkbər