Tehranın Bakıya “hücum” taktikası – İran nədən qorxur?

İranda Azərbaycan və Türkiyəyə qarşı təhdid çağırışlarının edilməsi bu ölkənin Suriyada məğlub olması və Yaxın Şərq strategiyası-planında ciddi itkilərlə üzləşməsi ilə paralellik təşkil edir. Tədbirin Ərdəbildə keçirilməsi və “Şah İsmayıl Xətainin nəvələri” adı ilə çağırışlar edilməsi də İranın məzhəbçiliyə əsaslanan siyasətindən irəli gəlir. Və birdən çox hədəfə hesablanıb.

Dünya 10:47 03.01.2025

Ednews xəbər verir ki, birincisi, Əsədin devrilməsindən sonra Suriyada güclənən və İranın mövqelərini tamamilə nəzarətə götürən Türkiyəyə müttəfiqi Azərbaycanı hədəf seçməklə kontr-cavab verməyə çalışırlar. Bu, həm də Tehranın Ankaraya “Suriyada mənim də mövqelərimi nəzərə al” mesajını vermək, nəzərə alınmayacağı təqdirdə “nələr edə biləcəyini” sərgiləmək cəhdidir. “Şah İsmayılın nəvələri Bakıda bayraq sancacaq” təhdidi də buna hesablanıb.

İkincisi, Güney Azərbaycan ictimai rəyində Bakıya qarşı antimünasibət formalaşdırmaq məqsədi daşıyır. Bu, Tehranın perspektiv qorxularından qaynaqlanır. Çünki Yaxın Şərqdə “müqavimət oxu” dağıldıqdan sonra İran ətrafında çəmbər daralır və proseslərin pozitiv-neqativ olmaqla iki ssenari üzrə davam etməsi gözləntiləri artır: pozitiv – rejimin dəyişdirilməsi; neqativ – ölkənin mümkün parçalanması;

Hər iki proses İrandakı xalqların azadlığı – heç olmasa, mədəni haqlarının təmin edilməsi tələblərini də aktuallaşdıracaq. Ki, güneyli soydaşlarımızın ünvanının Bakı və Ankara olacağı bəllidir. İran rejimi bu perspektivə qarşı məzhəb kartından istifadə etməyə çalışır və təbliğatın artacağı aydındır. Artıq Azərbaycan auditoriyasına hesablanmış qruplar vasitəsilə Türkiyə haqqında mənfi rəyin yaradılmasına start verilib.

Üçüncüsü, İran həm daxili auditoriyada, həm də “müqavimət oxu” coğrafiyasında diqqəti “yeni düşmənlər” üzərinə fokuslayır. Düşmən kimi Ankaranı görsələr də, Xamenei Əsədin devrilməsində Türkiyənin adını çəkə bilmədiyi kimi, mesajı da birbaşa yox, Azərbaycan üzərindən verməyə cəhd edirlər. Eyni zamanda, Tehran Yaxın Şərqdə heç nə edə bilmədiyi İsrailə qarşı fərqli istiqamətdə “cəbhə” aça biləcəyini sərgiləyir və adətən Azərbaycanın “cəbhə” seçilməsi İranda SEPAH qanadı tərəfindən edilir.

Əsas diqqətçəkən məqam İranın Bakıdakı səfirinin baş verən hadisəyə görə XİN-ə çağırılmasından dərhal sonra Tehranın rəsmi informasiya siyasətinə dəyişiklik etməsidir. İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçilu bəyan edib ki, Ərdəbildəki tədbirdə səslənən təhdidlər Tehranın rəsmi mövqeyi deyil. Rəsmi İRNA agentliyi də yazır ki, sözügedən təhdidlər qeyri-rəsmi şəxs tərəfindən planlaşdırılmamış şəkildə səsləndirilib. Halbuki “qeyru-rəsmi şəxs” adlandırılan “məddah” SEPAH-ın rəsmi qurumu sayılan “Ənsar əl-Mehdi Heyəti” təşkilatının Ərdəbil şöbəsinin rəhbəridir və o, təhdidlər səsləndirərkən, Amuli başda olmaqla, tribunada əyləşən rəsmi şəxslər feyzyab olurdu.

İran bu təhdidlərin rəsmi mövqe olmadığını göstərmək üçün “qeyri-rəsmi şəxs” adlandırdığı rəsmi şəxsi tutduğu vəzifədən azad etməlidir./axaraz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Hamısı