İranın yüksək rütbəli hərbi rəsmisi Möhsün Rzayi Xameneinin ABŞ Prezidenti Donald Trampla görüşməyəcəyini bildirib.
EDnews xəbər verir ki, İranın yüksək rütbəli hərbi rəsmisi Möhsün Rzayi ABŞ-la danışıqlar və mümkün görüşlə bağlı açıqlama verib.
Rzayi bildirib ki, Xameneinin Trampla görüşü nəzərdə tutulmur.
“Xamenei Trampla görüşməyəcək. Danışıqları dalana dirənən Tramp olub”, – deyə Möhsün Rzayi qeyd edib.
İran rəsmisi bununla Tehran və Vaşinqton arasında mümkün yüksək səviyyəli görüş ehtimalını rədd edib.







