Rusiya Prezidenti Vladimir Putin Rusiyanın ABŞ və İsraillə münaqişə zamanı İrana silah və peyk məlumatları verməsi ilə bağlı iddialara münasibət bildirib.
EDnews xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin İrana silah verməsi ilə bağlı iddiaları rədd edib.
“Biz İrana heç bir silah verməmişik”, – deyə Putin bildirib.
Rusiya lideri həmçinin Moskvanın ABŞ və İsraillə münaqişə zamanı Tehrana peyk məlumatları ötürməsi barədə ittihamlara da münasibət bildirib.
Putinin sözlərinə görə, İran tərəfi məlumatları yalnız Rusiya peyklərindən deyil, kommersiya peyklərindən də əldə edə bilər.
O qeyd edib ki, bu cür məlumatlar müxtəlif mənbələrdən toplana bilər və bunun üçün yalnız dövlət peyk sistemlərindən istifadə olunması vacib deyil.
Rusiya Prezidenti əlavə edib ki, İranda vəziyyət normallaşdıqdan sonra Moskva bu ölkədə nüvə elektrik stansiyasının tikintisini davam etdirməyə hazırdır.







