Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 7-də Londonda görüşməyi planlaşdırırlar.
EDnews xəbər verir ki, BFMTV telekanalının məlumatına görə, görüşdə əsas müzakirə mövzularından biri Rusiya ilə mümkün danışıqlar olacaq.
Mənbələrin bildirdiyinə görə, liderlər Ukraynadakı vəziyyəti və münaqişənin diplomatik həlli perspektivlərini müzakirə edəcəklər.

.jpeg)





