Aşqabadda AZƏRBAYCAN MUSİQİSİNİN ZƏFƏRİ: Türkmən tamaşaçılar sənətçilərimizi ALQIŞ YAĞIŞINA TUTDU- FOTOLAR

Aşqabadda AZƏRBAYCAN MUSİQİSİNİN ZƏFƏRİ: Türkmən tamaşaçılar <span class="text-danger">sənətçilərimizi ALQIŞ YAĞIŞINA TUTDU- FOTOLAR</span>

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında incəsənət ustalarımızın iştirakı ilə qala konsert təşkil olunub.

EDnews xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları sarayın foyesində Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilən “Qarabağ – milli irsin yaddaşı” adlı fotosərgi ilə tanış olublar.

İşğaldan sonra Azərbaycan dövləti tərəfindən azad torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi təqdim olunan fotolarda yer alıb. Sonra Muğamlar Sarayının böyük zalında qala konsert başlanıb.

Konserti mədəniyyət naziri Adil Kərimli, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, mədəniyyət, elm xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib. Deyib ki, Türkmənistan ilə Azərbaycanı birləşdirən çox amillər var. Lakin bunların arasında mədəniyyət amili xüsusi əhəmiyyət kəsb edir. Bahar Seyidova Azərbaycanın incəsənət ustalarına uğurlar arzulayıb.

Mədəniyyət naziri Adil Kərimli çıxışında Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr ildən-ilə inkişaf edir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mədəni əlaqələrin daha da dərinləşməsinə böyük töhfə verir. Sonra səhnə incəsənət ustalarımızın ixtiyarına verilib. Konsert milli musiqi irsimizin incilərindən sayılan “Cəngi” sədaları ilə başlayıb.

Gecədə xüsusilə Azərbaycanın Xalq artisti Faiq Ağayevin rəngarəng ifaları tamaşaçılar tərəfindən böyük rəğbət və coşqu ilə qarşılanıb.

Tədbirlə bağlı təəssüratlarını bölüşən Xalq artisti Faiq Ağayev Türkmənistana ilk dəfə səfər etdiyini bildirib:

“Geniş nümayəndə heyəti ilə Türkmənistana Azərbaycan Mədəniyyəti Günlərini qeyd etməyə gəlmişik. Bu, mənim Türkmənistana ilk səfərimdir. Bir daha şahid olduq ki, musiqinin və incəsənətin dili yoxdur. Tamaşaçılar bizə sonsuz sevgi və alqışlar bəxş etdilər. Sevinirəm ki, mədəniyyətimiz burada belə dərin iz buraxa bildi. Şəhər çox gözəl, ölkə füsunkar, insanları isə olduqca saf və təmizdir. Çox şadam ki, bu dönəmdə dəyərli sənətkar dostlarımla birlikdə burada iştirak edirik”.

Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər.

Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova da öz növbəsində Türkmənistanla bağlı xatirələrini bölüşüb, iki ölkə arasındakı mədəni körpülərin əhəmiyyətini diqqətə çatdırıb:

“Bu gün dövlətlərimiz arasındakı birlik, sevgi və inkişaf zirvədədir. Dostluq və qardaşlıq əlaqələrinə görə dövlət başçılarımıza dərin minnətdarlığımı ifadə edirəm. Bakıdan gələn bütün nümayəndə heyəti Aşqabadın heyranedici inkişafını, gözəlliyini böyük maraqla izləyir. Növbəti dayanacağımız isə yeni inşa olunmuş müasir Arkadağ şəhəri olacaq. Azərbaycan musiqisi hər zaman olduğu kimi, bu gün də Türkmənistan səhnəsindən öz sözünü dedi və türkmən xalqının böyük rəğbətini qazandı”.

Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), “Savalan” qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıblar. Türkmən xalq mahnılarının da yer aldığı proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Proqram Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ifasında “Yaşa, Azərbaycan!” mahnısı ilə yekunlaşıb.

Xəbər xətti

Putindən İranla BAĞLI AÇIQLAMA: "İRAN RUSİYADAN..."
01:52
Makron, Merz, Starmer və Zelenski Londonda bir araya gəlir: Rusiya ilə danışıqlar masada
01:28
"Xəyal Əliyevin zədəsi planlarımızı pozdu” – Ayxan Abbasov
01:21
14 milyard dollarlıq SUAL: Tramp Tayvana SİLAH GÖNDƏRƏCƏKMİ?
00:58
Aşqabadda AZƏRBAYCAN MUSİQİSİNİN ZƏFƏRİ: Türkmən tamaşaçılar sənətçilərimizi ALQIŞ YAĞIŞINA TUTDU- FOTOLAR
00:50
ABŞ Almaniyadan ÇIXIR? Pentaqondan MÜHÜM AÇIQLAMA
00:38
Türkiyədə narkotik əməliyyatı: Onların narkotest nəticələri müsbət çıxdı
00:30
İrandan Tramp-Xamenei görüşü ilə bağlı açıqlama: “Bu, hazırda mümkün deyil”
00:28
06.06.2026
Azərbaycan Maltaya uduzdu- CANLI - YENİLƏNİB
23:57
ABŞ-ni hədələdilər
23:47
Ərdoğan Trampı planından daşındırdı
23:35
Türkiyə bayraqlı gəmiyə hücum edilib - Ölən və yaralananlar var
22:59
Azov dənizində yaralanan azərbaycanlıların YENİ SAYI
22:39
"Neftçi"yə ağır itki: Qəfil vəfat etdi
22:27
Lamin Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
21:45
Xameneinin müşaviri ABŞ-yə şərt qoydu: 24 milyard dollar azad edilməlidir
21:25
Putin Rusiyanın İrana silah vermədiyini bildirib
21:10
Möhsün Rzayi Xameneinin Trampla görüşməyəcəyini bildirib
20:55
Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı 4-ə çatıb
20:45
MEDİA Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddiaları təkzib edib
20:30
Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir
19:39
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
19:27
Monqolustan Prezidenti Azərbaycan liderini təbrik etdi
18:55
Milli Məclisi CNN-i iddiaları ilə bağlı BƏYANAT YAYDI
18:53
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib - FOTOLAR
18:45
5 ayda sərnişin daşınmasını 16 % artırıb - ADY
18:35
Regionlara yeni ambulans və reanimobilləri təhvil verilib
18:26
Xalq Ermənistanı, yoxsa Paşinyanı xilas edəcək? - ŞƏRH
18:14
Vinçentso İtalyano “Beşiktaş”la müqavilə üçün İstanbula gəlib
18:00
"Hər şeyin alternativi var, sülhün alternativi yoxdur”
17:50
Amerikalı jurnalist Çin hökumətinin agenti kimi işlədiyini qəbul etdi
17:40
Akademik Akif Əlizadə direktor vəzifəsindən çıxarılıb
17:28
İş yerindən 6 ton metal avadanlıq oğurlayan şəxs saxlanılıb
17:18
Əsassız ittihamlar, "quru böhtanlar" CNN prinsipləri belə "çeynədi"...
17:04
Koçaryanın gizli planı ifşa olundu: Əsgərlərini belə qurban verib
17:01
Enerji böhranı qlobal ərzaq inflyasiyasını artıra bilər
16:45
Ölkəyə avtomobil idxalı azaldı: Qiymətlər bahalaşacaq?
16:30
BMT-dən Xəzərlə bağlı həyəcan təbili: Sahil xətti geri çəkilir
16:23
Bakıda yağış yağacaq, şimşək çaxacaq
16:15
Rusiya Əfqanıstana dizel və taxıl tədarük edəcək
16:07
BAMF Əşrəf Veysəllinin vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
15:58
Bəs Tramp-Xamenei görüşü real görünürmü? - RƏY
15:55
Mehriban Əliyeva sosial mediada minifutbol yığmamız ilə bağlı paylaşım edib edib
15:51
Rusiya və Ukrayna arasında mübadilə həyata keçirilib
15:49
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
15:40
Prezident Azərbaycan Minifutbol Federasiyası ilə bağlı sərəncam imzaladı
15:30
Müctəba Xamenei 2 mindən çox məhbusu əfv edib
15:20
Rusiya XİN Azərbaycana başsağlığı verib
15:11
“Milli maraqlarımızdan geri çəkilməyəcəyik” - Yunanıstandan SƏRT MESAJ
14:59
İsraildə Netanyahuya qarşı NARAZILIQ artır
14:53
Nazirliyə qəbul: kimlər imtahansız müsahibəyə buraxılacaq?
14:45
Zelenski Putinə görüş və atəşkəs təklif etdi
14:36
Azərbaycan CNN-in iddialarını qətiyyətlə rədd etdi
14:29
Albaniyada Trampın kürəkəni ilə bağlı layihəyə etirazlar artır | VİDEO
14:20
Ruslan Eyyubov həbsdən azad edildi
14:15
Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edib
14:05
Müəllimini güllələyən şagirdin valideynləri GÖRÜN NƏLƏR DANIŞDI
13:50
Azərbaycanlıların olduğu gəmilərin vuruluması ilə bağlı RƏSMİ MƏLUMAT
13:38
Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü – milli kimlik
13:23
TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər necə vurulub? - DETALLAR
13:17
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR