Rusiya ordusu iyunun 15-ə keçən gecədən başlayaraq Kiyev şəhərinə intensiv hava hücumu edir.
EDnews-un verdiyi məlumata görə, hava hücumu zamanı zərbə dronları və müxtəlif tipli raketlərdən istifadə olunur.
Kiyevdə hava hücumundan müdafiə sistemi aktiv işə düşüb.
Kiyev şəhər meri Vitali Kliçko sosial media hesablarında yazıb ki, zərərsizləşdirilən dronun qalıqları Obolon rayonunda avtomobillərin yanmasına səbəb olub.
Hazırda Kiyevin Vinoqradar, Nivki, Obolon və Svyatoşin ərazilərində enerji verilişi dayandırılıb. Enerji infrastrukturlarına ziyan dəydiyi qeyd edilir.
.jpg)






.jpg)