İranın xarici işlər naziri Abbas Əraqçi İsveçrənin Bürgenştok şəhərində bu ölkənin xarici işlər naziri İqnatsio Kassis ilə görüşüb.
EDnews xəbər verir ki, görüş ABŞ və İran arasında planlaşdırılan danışıqlar ərəfəsində baş tutub. "Reuters"-in məlumatına görə, İsveçrə ABŞ–İran danışıqlarına ev sahibliyi etdiyini təsdiqləsə də, müzakirələrin məzmunu və iştirakçılar barədə detalları açıqlamayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran nümayəndə heyəti gün ərzində Pakistan və Qətər vasitəçiləri ilə də görüşlər keçirib. İsveçrədəki müzakirələrdə ABŞ və İran nümayəndələri ilə yanaşı, Pakistan və Qətər vasitəçiləri də iştirak edir.
Danışıqların əsas məqsədinin tərəflər arasında mövcud fikir ayrılıqlarının diplomatik yolla müzakirəsi və regional gərginliyin azaldılması olduğu bildirilir.







