Keçən ayın sonunda gizlicə evlənərək pərəstişkarlarını təəccübləndirən dünyaşöhrətli pop ulduzu Dua Lipa və britaniyalı aktyor Callum Turner cütlüyündən yeni xəbər var.
EDnews xəbər verir ki, mayın 31-də Londonda rəsmi nikaha daxil olan cütlük İtaliyanın Siciliya adasında baş tutan təmtəraqlı toy mərasimindən eksklüziv kadrları sosial şəbəkədə paylaşıb.
Dua Lipa instaqram hesabında fotoları sadəcə “Mr & Mrs” — “Cənab və xanım” başlığı ilə yayımlayıb. Ağ-qara fotolar qısa müddətdə milyonlarla bəyənmə toplayıb.
Tarixi malikanədə lentə alınan kadrlarda ulduz müğənninin özəl dizayn edilmiş, lələk detallı və uzun gəlinliyi xüsusi diqqət çəkib.
Köhnə Hollivud qlamurunu xatırladan toy albomu sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.







.jpg)



