Pakistanın Baş naziri Şahbaz Şərif və Silahlı Qüvvələrin Baş komandanı, feldmarşal Seyid Asim Munir İsveçrədə ABŞ nümayəndə heyəti ilə görüş keçiriblər.
EDnews xəbər verir ki, görüş Vaşinqton və Tehran arasında planlaşdırılan danışıqlar ərəfəsində baş tutub.
Məlumata görə, ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Görüşdə ABŞ-İran danışıqlarının gündəliyi, regional gərginliyin azaldılması və vasitəçilik səyləri müzakirə olunub.
Pakistan tərəfi danışıqlar prosesində vasitəçi qismində iştirak edir. “Arab News” yazır ki, Şahbaz Şərif və Asim Munir İsveçrədə ABŞ-İran danışıqlarına qatılmaq üçün yüksək səviyyəli nümayəndə heyəti ilə Bürgenştoka gəliblər. Nəşrin məlumatına əsasən, onlar ABŞ vitse-prezidenti Cey Di Vens, Cared Kuşner və Stiv Uitkoffla görüşüblər.
Vens İsveçrəyə səfəri çərçivəsində əvvəlcə Pakistan rəsmiləri, o cümlədən Baş nazir Şahbaz Şərif və Asim Munirlə görüşüb.







