Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib, eyni zamanda tranzit yüklərin tədarükü də həyata keçirilib.
EDnews APA-ya istinadən xəbər verir ki, 17 vaqondan ibarət, ümumi çəkisi 1000 tona yaxın olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük tədarükü də həyata keçirilib.






.jpeg)
