ABŞ ordusunun İranın Hörmüzqan əyalətində yerləşən Kuhestak körpüsü istiqamətində endirdiyi zərbələr nəticəsində iki balıqçının həlak olduğu bildirilir.
EDnews xəbər verir ki, bu barədə “Tehran Times” yerli balıqçılar kooperativinin rəhbərinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində daha iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, iyulun 8-də ABŞ Mərkəzi Komandanlığı — CENTCOM Amerika ordusunun İrana qarşı yeni silsilə hücumlar həyata keçirdiyini açıqlayıb. Komandanlığın məlumatına əsasən, əməliyyat zamanı 80-dən çox hədəfə zərbə endirilib.
CENTCOM hücumları İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı son hücumlarına cavab kimi qiymətləndirib.






