100 ildən artıq davam edən erməni yalanı FOTOLAR

Analitika 13:07 12.05.2017
Azərbaycanla onun torpaqlarını qəsb edən Ermənistan arasında münaqişənin tarixini araşdırdığım zaman tanımadığım peşəkar və təcrübəli bir müəllifin hazırladığı  tədqiqata rast gəldim. Bu tədqiqatın mövzusuna aid   öz bəzi fikirlərimi də əlavə etməklə onu yenidən nəşr etməyi qərara aldım.    
 
Problemin başlanğıcı:
 
Bu tədqiqatda göstərilir ki, problemin başlanğıcı Osmanlı xilafəti dövrünə gedib çıxır. O dövrlərdə ermənilər ən böyük qeyri-müsəlman icması olub əsasən də ölkənin şərq vilayətlərində kompakt şəkildə yaşamışlar. Bu dövrdə ermənilər vahid bir millət olaraq əsasən də şərqi ortodoksal xristianlığa mənsub idilər. Osmanlılar Konstantinopolu fəth edənə qədər Bizans imperiyası dövründə  yunan  xristian kilsəsi erməni kilsəsini bidətçi sayaraq onun şəhərdə mövcudluğuna icazə vermirdi. 
 
1326-cı ildə Osmanlılar ermənilərə müstəqil bir icma şəklində birləşməyə və dini mərkəzlərini Kotahiyədən paytaxt Bursaya köçürməyə icazə verdilər.
 
1453-cü ildə Osmanlılar Konstantinopolu fəth edəndən sonra Fateh Sultan Məhəmməd  1461 –ci ildə I Fakimi erməni kilsəsinə “dini rəhbər” təyin edərək onu Bursadan İstanbula dəvət etdi. Sultan bu şəxsə çoxmillətli bir dövlətdə yaşayan  millətlərdən biri olan erməniləri bütünlüklə təmsil etmək hüququ ilə yanaşı şəhərin Samatiya məhəlləsində  yerləşən və onlara hədiyyə edilmiş kilsənin Patriarxı rütbəsini də verdi.
 
Ermənilər seçki yolu ilə özlərinə dini rəhbər seçir, tam azad və sərbəst həyat sürüb heç bir məhdudiyyət qoyulmadan öz dillərində danışırdılar. 1567-ci ildə onlara ilk  erməni mətbəsi açmağa icazə verildi. Bundan sonra Xilafətin hər yerində- 1759-cu ildə İzmirdə, 1859-cu ildə Vanda, 1869-cu ildə Muşda erməni mətbələri açıldı. 1908-ci ildə ölkədə 38 erməni mətbəsi var idi.  1910-cu ildə təkcə İstanbulda erməni dilində 5 qəzet  və 7 jurnal nəşr olunurdu. 
 
Ermənilər iqtisadi sahədə də geniş fəaliyyət göstərirdilər, təkcə ticarət deyil, zərgərlik, qızıl və gümüş pullarla alver, tekstil və başqa bir-çox sənət sahələrində də aparıcı rola malik idilər.
1863-cü ildə onlara öz daxili işlərini nizamlayan və 150 maddədən ibarət bir konstitusiya qəbul etmək icazəsi də verildi. Erməni millətindən olanlar yüksək dövlət  mənsəblərinə, o cümlədən Xarici İşlər Naziri vəzifəsinə sahib olmuşlar.  Ermənilər arasında memarlıq və müsiqi sahələrində də tanınmış şəxsiyyətlər meydana gəlmişdir. 
 
Ermənilərin əhdi pozması və Osmanıların xoş rəftarına pisliklə cavab verməsi:
 
 Ermənilər əsrlər boyu Osmanlı dövlətndə sülh və əmin-amanlıq içində dinc həyat sürdülər,  İslam şəriətinin xaricilərə verdiyi bütün zimmət haqlarından sərbəst şəkildə istifadə edə bilirdilər və hətta başqa xristianlarla müqayisədə bəzi imtiyazlara da sahib oldular.  Özlərinin xüsusi məhkəmələri var idi, cizyə ödənişi müqabilində hərbi xidmətdən azad edilmişdilər. XIX əsrin sonlarına qədərki  tarixləri boyu hər hansı bir üsyan və ya silahlı çıxış müşahidə edilməmişdi. Türklər hətta onlara “sadiq millət” adı da vermişdilər.

  1918-ci ildə Ərzrumda ermənilərin  içi türklərlə dolu yandırdıqları mənzillər 

1912-ci ilin məlumatları göstərir ki, İstanbul Ticarət və Sənaye palatasında qeydiyyatdan keçən tacirlərin 25%-ni  ermənilər təşkil edirdi. 
 
Osmanlı dövləti zəyiflədikcə onda yaşayan xalqlarda milli hisslər də güclənirdi. Bu sahədə ermənilər daha fəal idlər. Bu fəallıq ölkənin şərqində Rusiya ilə sərhədyanı bölgələrdə xüsusilə nəzərə çarpırdı.  Rus höküməti də sərhədin o tayında yaşayan ermənilər və onların yaratdıqları Hncak və Daşnak təşkilatları vasitəsilə  Osmanlı torpaqlarında yaşayan ermənilərə hər cür, o cümlədən maliyyə və silahla dəstək verərək onlarda separatçılıq hisslərini daha da qızışdırıdı. Bu işdə Osmanlını devirmək istəyən Britaniya da geri qalmırdı. Misrin dövlət xadimi  Mustafa Kamil yazırdı ki, erməni hadisəsində həlak olanlar  ingilis hiylələrinin qurbanları idilər. Sultan Əbdülhəmid türk torpaqlarında erməni dövlətinin yaradılması barədə Rusiya və İngiltərənin tələblərini rədd etdi.
 
Картинки по запросу ‫خوجالي‬‎
 
Birinci dünya müharibəsində ermənilərin osmanlılara arxadan endirdiyi xain zərbələr:
 
Qeyd edilməlidir ki, bu dövrdə Osmanlı dövlətində yaşayan ermənilərin sayı 1 milyon 200 mindən artıq deyidi.  1908-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə İttihad və Tərəqqi təşkilatının gəlməsilə ölkə ərazisində mili hisslərdə bir oyanış baş verdi. Birinci Dünya müharibəsinin başlanması ilə Osmanlı dövləti öz ənənəvi düşməni olan Rusiyaya qarşı Şərq cəbhəsi açdı.
 
Rus ordusu  əsas qüvvələrini qərbdə yerləşdirdiyi üçün Şərq çəbhəsində o qədər də uğur qazana bilmədi. Lakin 180 minliik türk ordusu da bir tərəfdən sərt qış şəraiti, digər tərəfdən hərbi hazırlığın zəifliyi və bunlardan da daha artıq erməni partizan dəstələrinin daxildən xainliklə endirdikləri zərbələr üzündən məğlubiyyətə uğradı. Belə bir şəraitdə 25 min şəhid verən Osmanlı ordusu geri çəkildi. Ruslar  Van əyalətini işğal edib sonra da  onu ermənilərə təslim etdilər.
 

 Ermənilərin qətlə yetirdikləri türk  şəhidlərinin müzeyi 

Ermənilərin köçürülməsinin məcburi addım olması: 
 
 
Şərq cəbhəsində erməni silahlı dəstələrinin son dərəcə fəallığı, dinc müsəlman əhaliyə, həm də əskərlərə qarşı vəhşilikləri Osmanlı dövlətinin yarım milyona qədər ermənini ölkənin içərilərinə doğru- Suriya və İraqa köçürmək barədə qərar qəbul etməsinə səbəb oldu. 
 
Şübhəsiz bu köçürülmə prosesində həm soyuq havadan, həm də aclıqdan əziyyət çəkən ermənilər arasında ölənlər olmuşdur. Bundan əlavə, onlar yol boyu intiqam hissilə yaşayan müsəlmanların hücumlarına da məruz qalırdılar. Buna qədər erməni silahlıları bir milyona yaxın müsəlmanı qətlə yetirmişdilər.
 
Bu hadisələrin bilavasitə şahidi olmuş Amerikalı hərbçilər erməni soyqırımı barədə iddiaları rədd edərək, əksinə onların bir milyondan artıq dinc müsəlmanı qətlə yetirmələrini qeyd etmişlər. Bu fikirləri sübuta yetirən sənədlər indiyə qədər ABŞ arxivlərində saxlanılır.
 
Ermənilər  XIX əsrin sonlarından başlayaraq Ermənistan  dövləti yaratmaq məqsədilə təşkilatlanmağa başladılar. Bu yolda onlar, 1878-ci ildə Van şəhərində “Qara xaç”, 1880-cı ildə Rusiada yaradılan Erməni cəmiyyəti ondan və başqa Avropa dövlətlərindən hərbi yardımlar da alıb Anadolluya yollayırdılar.1855 –ci ildə Van şəhərində Eməni İnqilab partiyasının əsası qoyuldu.
 
1887—ci ildə Cenevrədə ermənilərin istiqlaliyyət tələbilə çıxış edən ilk  təşkilatı olan Hnçak partiyası  yaradıldı. Bu siyasi təşkilat olsa da, qarşısına siyasi məqsədlər qoyduğunu iddia etsə  də kütləvi çıxışlar və terror metodunu seçdi. Ondan sonra 1892-ci ildə təsis edilən Daşnak partiyasının əsas məqsədi dövlətə qarşı silahlı mübarizə oldu. Bu məqsədlə çoxsaylı silahlı dəstələr də təşkil olundu. Dövlət və hökümət nümayəndələrinə qarşı terror aktları həyata keçirilməyə başlandı. 1892-1895-ci illər arası Türkiyənin bir-neçə şəhərində terror aktları həyata keçirildi, onların qurbanları dinc sakinlər, həm türklər, həm də ermənilər oldu. 1896-ci ildə ermənilər Van şəhrində qiyam qaldırdılar, nəticədə 417 müsəlman və 1715 erməni öldürüldü. 1905-ci ildəsə Sultan II Əbdülhəmidə qəsdə cəhd edildi.
 
I dünya müharibəsi illərində ermənilər açıq şəkildə Rusiyanı müdafiə etdiklərini bildirdilər, onlardan çoxu rus ordusuna qoşuldu və onun işğal etdiyi torpaqlarda müsəlman əhaliyə qarşı vəhşiliklər törədirdilər.  Erməni vəhşiliyinin ən bariz nümunəsi  Van vilayətnin Mahmudiyyə şəhəri idi ki, burada yüzlərlə müsəlman qətlə yetirildi, 8000 sakin şəhərdən qaçıb Bitlisə sığındı. Ermənilər başqa şəhərlərdə də terror aktları törətdilər. Bu “xidmətlərinə” görə Rusiya çarı onlara təşəkkür də etdi!
 

 1918-ci ilin mart ayında Ərzrum şəhidlərinə həsr olunmuş xatirə lövhəsi 

Belə bir şəraitdə Osmanlı höküməti dövlət sərhədlərinin və həm də yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Şərq vilayətlərində yaşayan erməniləri  Hələbin cənub-şərq bölgələrinə, Urfaya, Deyr əz-Zor şəhərinə köçürməyə başladı. Yolda erməni köçləri   kürd milislərinin hücumuna məruz qaldılar. Onlar ermənilər tərəfindən Vanda öldürülən yaxınlarının intiqamını almaq istəyirdilər. Bundan əlavə soyuq, aclıq və xəstəlikdən də çoxlu adam öldü. Ölkənin başqa vilayətlərində də ermənilər hücumlara məruz qaldılar, bu da əhalinin onların törətdikləri cinayətlərə və rus ordusuna satılmalarına reaksiyası idi. 
 
Vicdanlı amerikalının şahidliyi:
 
Amerikalı tarixçi  Custin A. Makkarti   (Justin A. McCarthy) özünün “Ermənilərin müsəlman osmanlılara qarşı törətdiyi qırğınlar, vəhşiliklər və cinayətlər ” adlı çox qiymətli kitabında etibarlı dəlillər əsasında ermənilərin yalnız Van əyalətində törətdiyi bir cinayət hadisəsini nümunə gətirib yazır: “1915-ci ilin aprel ayının 20-də ermənilər polis mərkəzlərini və müsəlmanların mənzillərini  atəşə tutmağa başladılar. Təhlükəsizlik qüvvələrinə üstün gələn erməni silahlıları irəliləyərək müsəlmanların yaşadığı məhəlləni bütövlüklə yandırdılar, ələ keçirtdikləri adamları də qırdılar.  Onların içində müalicə üçün Vana gələn yaralı osmanlı əskərləri də var idi. Ətrafda yerləşən çoxsaylı kəndləri viran qoydular. İslam dinilə bağlı hər şey məhv edili, məscidlər yandırıldı  və ya da dağıdıldı. Müsəlmanların yaşadığı məhəllə tamamilə yox edildi.  Ermənilər öz vəzifələrini başa çatdırdıqdan və osmanlılarla döyüş əməliyyatları dayandıqdan sonra Van şəhəri bir xarabazarı xatırladırdı. Elə bil quldurların hücumuna məruz qalmışdı. 
 
 Osmanlı ordusi bir-neçə cəbhədə düşmən qüvvələrilə vuruşduğu bir zaman erməni silahlıları həm  rus ordusuna qoşulub onlara qarşı döyüşür, həm də ölkə daxilində erməni quldur dəstələri onların hücumundan canını qurtarlb qaçan insanları yaxalayıb qətlə yetirirdilər. Onlar heç kəsə aman vermirdilər, qarşılarına çıxan hər kəsi  öldürürdülər. Emənilər qaçan müsəlmanların nəyi vardısa  əllərindən alır, qadınlara təcavüz edirdilər ”.
 
Bu dövrdə  Osmanlı dövlətinə qarşı çıxaraq ölkə daxilində terror və təxribat işlərilə məşğul olub höküməti cəbhədən daha çox daxili işlərlə məşğul olmağa vadar edən könüllü erməni silahlılarının sayı 10 mini keçirdi. Xarici mənbələrin məlumatlarına görə Rusiya orduları tərkibində 150 minə qədər erməni döyüşçü var idi. Bəzi başqa mənbələrsə bu rəqəmi 300 min kimi göstərirdi. 
 
Ermənlər təkcə Van şəhərini rus ordusuna təslim etməklə kifayətlənməyib həm də məqsədyönlü şəkildə kütləvi qırğınlar da həyata keçirtdilər. Türk mənbələrinin məlumatana görə ermənilər Osmanlı dövlətində yaşayan bütün müsəlmanları, türklərlə yanaşı, ərəbləri və kürdləri də qətlə yetirirdilər. Türk mənbələrinin məlumatına görə, qətlə yetirilən müsəlman qoca, qadın və uşaqlarının sayı yarım milyondan çox idi.
 
Erməni təxribatı və terroru Osmanlı hökümətini qəti addımlar atmağa məcbur etdi . Dini rəhbərə, məclisin erməni  üzvlərinə,  icmanın tanınmış xadimlərinə, yüksək mənsəb sahiblərinə müraciətin də bir nəticə vermədiyini görən təhlükəsizlik orqanları   sonradan ermənilərin  qondarma “soy qırım” günü kimi qeyd etdikləri 1915-ci ilin aprel ayının 24-də teror və təxribat ittihamı ilə erməni icmasının 235 rəhbər xadimini həbs etdilər. Həm də hökümət qiyamçı erməni təbəələrini Anadollunun içərilərindən Hələbə köçürmək barədə qərar qəbul etdi.
 
Ermənilərin sayı:
 
Mənbələrin böyük əksəriyyəti Osmanlı dövlətinin təbəəliyində olan ermənilərin ümumi sayının 1.200 min nəfər oıduğunu göstərir. Burada belə bir sual meydana gəlir: Onlarla nə baş verdi? Teleyləri necə oldu? Rus Qafqaz cəhbəsində  qaçqınlar üzrə komissarlığın verdiyi məlumata görə, Rusiya ərazisinə 337 min erməni keçmişdir. Rusiyada nəşr olunan Erməni Akademiyasının jurnalının 1917-ci il 26 fevral tarixli nömrəsində Rusiya torpaqlarına Osmanlıdan 360 min erməninin köçdüyü bildirilir. Bura hələ müharibəyə qədər Rusiya və İrana köçən erməniləri də əlavə etsək görərik ki, ümumiyyətlə köçənlərin sayı 500 minə çatır.  1915-ci ildə hökümətin Hələbə köçürtdüyü ermənilərin sayı 450-500 min olardı. Eyni zamanda müharibə vaxtı Türkiyənin özündə 300 min civarında erməni yaşamışdır.
 
Rus ordusu sıralarında həlak olmuş ermənilər: 
 
Ermənilərdən əksəriyyəti Rus ordusu tərkibində cəbhədə döyüş şəraitində həlak olmuşlar. On minlərlə erməni  Osmanlı dövlətinin başqa vətəndaşları kimi, soyuqdan, infeksion xəstəliklərdən və aclıqdan ölmüşdür. Misal üçün, təkcə Rusiya ərazisində ağır məişət şəraitindən əziyyət çəkərək ölən ermənilərin sayı 40 minə çatır. Təqribən 10 minə yaxın erməni yerli sakinlərin hücumları nəticəsində həlak olmuşdur.  Bir sözlə, qətlə yetirilən və ölən ermənilərin ümumi sayı 150 min nəfəri ötmür. Rus kəşfiyyat orqanlarının məlumatına görə ermənilər bu rəqəmə bir sıfır da artırıb 1.5 milyon erməninin ölməsi iddiası ilə çıxış edirlər. Bu məsələ barədə erməni naşiri Arşaq Çobaniyan deyir: “Belə böhranlı hallarda mübaliğəyə yol vermək olmaz, bizim Türkiyədə ermənilərin soyqırıma məruz qaldıqlarını deməyimiz düzgün deyildir”.
 
Misirli Mustafa Kamil paşanın şahidliyi:
 
Bu halda Misir yazıçısı Mustafa Kamil paşanın  1909 – cu ildə nəşr olunmuş   “Şərq məsələsi”   adlı əsərində verilən faktlara müraciət yerinə düşər.  Kitabın bir fəsli (səh. 176-250) erməni probleminə həsr olunmuşdur. Müəllif bütün günahları İngiltərədə görərək yazır: “İngiltərə Osmanlı sultanlığını məhv etmək niyyətindədir. Ölkəni parçalayıb asanlıqla Misrə və başqa ərəb ölkələrinə yiyələnmək istəyir. İslam xəlifəsini öz əlində bir alətə çevirməyə çalışır”. İngilislərin öz məqsədlərini həyata keçirməsi üçün ölkə daxili ünsürlərə ehtiyaçı var idi. Mustafa Kamil paşa bu barədə  deyir: “Dünya gördü ki, rifah içində xoşbəxt həyat keçirən, osmanlıların ona ən sadiq millət adı verdiyi, hökümətdə, yerli idarələrdə ali mənsəblərə nail olmuş, ticarət və sənayedə öncül mövqeyə malik bir tayfa vardır ki, Osmanlı dövlətinə qarşı birinci növbədə,  o çıxa bilər ”. Daha sonra Mustafa Kamil paşa yazır ki, ingilislər erməniləri silah və hərbi ləvazimatlarla təchiz edib  onları müstəqil erməni dövləti ideyası ilə zəhərləyərək ölkənin hər yerində dövlətə qarşı qiyama, müsəlmanlar üzərinə xaincəsinə hücumlara hazırladılar.
 
Həqiqətlərin təhrifi və hadisəlırin uydurulması:
 
Mustafa Kamil paşa ermənilərin faktları saxtalaşdırması barədə yazır ki, gerçək hadisələr Avropada tamamilə baş-ayağ edilərək verilir. Avropa qəzetləri xristianların müsəlmanlara hücumlarını əksinə müsəlmanların təcavüzü kimi qələmə verib ingilislərin təhriki ilə bütün avropalıları köməyə çağırırdılar. Digər tərəfdən bu haqsızlıqların birbaşa şahidi olan müsəlmanların qəlbləri də xristianlara qarşı kin və küdurətlə dolurdu. Beləliklə, Türkiyənin hər yerini müsibətlər və bəla bürüyürdü, Osmanlı səltənətinin sonu yaxınlaşırdı.
 

 Bakıda mart hadisələrindən sonra müsəlmanların mənzillərinin mənzərəsi 

Baş verənlərin saxtalaşdırılması barədə Fransa yazıçısı  Vikont de Korson yazır ki, ingilis qəzetləri Osmanlı dövlətinin daxilində baş verənlər barada saxta və yalançı məlumatlar yaymaqla məşğul idilr. Lakin insaflı mövqedən çıxış edən qəzetlər də var idi. İngiltərədə çıxan “Glob” qəzeti 1895-ci il yanvar ayı nömrəsində yazır ki, türklərin ermənilərlə bağlı vəhşiliklərə yol verməsi barədə məlumatlar ingilis qəzetlərinin ictimai rəyi aldatmaq üçün əl atdıqları böyük yalandır. Müəllif əlavə edib yazır ki, ağlı başında olan ermənilər anladılar ki, onların ən böyük düşməni məhz elə ingilislərdir. 
 
Sovet Ensiklopediyası “erməni problemi” haqqında:
 
1926-cı ildə çapdan çıxmış Böyük Sovet Ensiklopediyasında erməni məsələsi barədə deyilir ki, bu problemə kənardan nəzər yetirildikdə görünür ki, o, əslində böyük qüvvələrin Türkiyəni zəiflətməyə yönəlmiş səylərindən başqa bir şey deyildir. Bu da ölkə daxilindəki separatçı qüvvələri dəstəkləməklə həyata keçirilirdi. Bu iri qüvvələr Avropa dövlətlərindən və çar Rusiyasından ibarət idi. Baş verən hadisələr heç də soyqırım deyil, iki tərəf arasında döyüş idi.
 

 Həsən qala döyüşlərində yaralanmış türk qaçqınları 

Müsəlman türklərə qarşı erməni cinayətləri:
 
Türkiyəni şimalında yerləşən Quşxana vilayətinin Zeğan kəndinin kovxası Barış Ağman deyir ki, ermənilər burda və ətraf kəndlərdə kütləvi qırğınlar həyata keçirtdilər. Bu kəndin sakinlərinin ermənilərlə ədavəti və ümumiyyətlə hər hansı bir əlaqəsi olmamasına baxmayaraq ətraf torpaqların hər yerinə səpələnmiş məzarlar erməni quldurlarının bölgədə yol verdikləri cinayətkar əməllərin şahididirlər. O, hakimiyyət orqanlarından bu yerlərdə erməni vəhşiliklərinin qurbanlarına xatirə abidəsi uçaldılmasını da tələb etdi.
80 yaşlı Yaşar Topçu öz anasından erməni vəhşilkləri barədə  eşitdiklərini danışaraq deyir ki, onlar 7-8 yaşlı dayımı tüfəng süngüsü ilə qətlə yetirmişlər. Öldürülmüş sakinlərin bədənlərinə süngüləri sançırdılar ki, onların həqiqətən də öldüklərinə əmin olsunlar.  69 yaşlı Nəşat Şahin deyir ki, qırğınlar hələ 1915-ci  il hadisələrindən qabaq da baş verirdi. İnsanlara ölənlərin meyitlərini basdırmağı belə qoymurdulr. Nənəsi yalnız üç gün keçəndən sonra ərinin cəsədini gizlicə götürb belində daşıyaraq üç kilometr məsafəni qət edib qonşu kənddə basdıra bilmişdi.
 
Vatikan Papasına ədalət tələbilə müraciət:
 
Nəşat Şahin Anadolluda ermənilərin 15-20 nəfərlik silahlı dəstələr şəklində türk kəndlərinə basqın etdiklərini, məscidlərdə ibadət edən insanlara atəş açdıqlarını və ya onlara od vurub yandırdıqlarını bildirir. O, Roma papasına, Avropa ölkələri parlamentlərinə müraciət edib onları həqiqətlərlə tanış olub ədalətli mövqe tutmağa çağırdı. 
 
Fransalı  jurnalist  Stefan Lozan1913-cü ildə Matin le qəzetində 1890-cı ildə Balkan müharibəsi zamanı baş vermiş bir hadisə barada yazır ki, erməni silahlı dəstəsi Sivas şəhərində mülki müsəlman sakinləri qətlə yetirdilər. Osmanlı qüvvələri təcili şəkildə hadisə yerinə çatanda quldurlar qaçaraq bir hissəsi Sivasdakı Fransız konsulluğuna sığındı. Konsul onları hökümət orqanlarına təslim etməkdən imtina etdi. Bir gün konsul iqamətgahının balkonunda dayandığı zaman içəridən atəşə məruz qalır. Mühafizəçilər atəş açanın həmən ermənilərdən olmasını dedikdən sonra konsul təəccübdən quruyub qaldı. O ermənidən soruşdu: Sən belə niyə etdin? Mən axı sizi müdafiə edirəm, ölümdən xilas etmişəm!!! Erməni isə gülə-gülə deyir ki, səni öldürsəydik sizinlə osmanlılar arasında problem yaradıb Fransıanın müdaxiləsinə səbəb olardıq. Jurnalist bidirir ki, Fransa səfirliyi və konsunluğu bu hadisəni gizlətdilər. Qəzetsə 1944-cü ildə nəşrini dayandırdı. 
 

 Anadollunun qərbində yandırılmış kəndlər 

Ermənilər 2 milyon müsəlman türkünü qətlə yetirmişlər:
 
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri Brüs Fayn bəyan edir ki, Ağ Evin həyata keçirmiş olduğu tədqiqatdan aydın olur ki,ermənilər 2000 000 müsəlman osmanlını qətlə yetirmişlər. Həqiqətin üzə çıxmasından qorxan ermənilər buna görə də arxivlərin açılmasına qarşıdırlar.  Brüs Fayn həmçinin bildirir ki, Ağ Evin 1981-ci ildə həyata keçirtdiyi tədqiqatlar sübut edir ki, ermənilərin soyqırım iddialarının heç bir əsası yoxdur.
 
Brüs Fayn həmçiin bildirir ki, Osmanlı İmperatorluğu öz azlıqda qalan  təbəələrilə insanı heyran qoyacaq qədər bir mülayimliklə rəftar edir, onların bütün hüquq və azadlıqlarına hörmətlə yanaşırdı. Birinci dünya müharibəsi dövründə ermənilər Rusiya və Fransanın təhrikilə iki milyona qədər müsəlman türkü qəddarcasına qətlə yetirdilər. Sənədlərlə sübuta yetirilir ki, erməni qurbanlarının sayı yarım milyondan artıq deyil. ABŞ-dakı ermənilər cəmiyyəti öz erməni soyqırımı yalanına inandırmaq üçün milyonlar xərcləyirlər. Həm də erməni arxivlərinin açılmasını istəmirlər.
 
Sultan II Əbdülhəmidin ermənilərə və erməni probleminə baxışı: 
 
Sultan II Əbdülhəmid öz xatirələrində yazır ki, erməni problemi onların öz problemi deyildir. Mən tam səmimiyyətlə deyərdim ki, ermənilər osmanlı kimliyini ən yaxşı şəkildə bəyan və təmsil edənlərdir. Onlar bizim mədəniyyətimizə və dövlətimizə xidmət etmişlər. Osmanlılığa bağlı olmuş ən yaxın dostlar idilər. Bizdən hər hansı bir şikayətləri yox idi. Lakin ruslar Bolqarıstanda öz məqsədlərinə çatmaq və onu Osmanlı İmperatorluğundan qoparmaq üçün erməniləri barmaqlarına dolamağa başladılar. Öz casuslarını keşişlər və müəllimlər şəklində ermənilər yaşayan yerlərə göndərərək onları öz macəralarının qurbanına çevirdilər.
Ölkə zəiflədikcə əhali də əziyyət çəkir. Lakin ermənilər başqa xalqlar kimi çətinliklərə dözə bilmədilər, nəticədə təhrik və fitnəkarlığa aldanaraq üsyan etdilər. Problemi dərindən tədqiq etsək görərik ki, Rusiya qətiyyən Anadolluda Ermənistan dövləti yaratmaq fikrində olmayıb. Belə ki, onların öz əraziləri daxilində belə bir qurum var idi və iknci bir erməni dövlətinin meydana gəlməsilə onların birləşməsi məsələsi qoyula bilərdi. Ruslar bala batmış barmaqlarını ermənilərin ağzına saldılar. İngilis və fransızlar da onlardan geri qalmaq istəmədilər.
 
Ermənilərin köçürülməsi qanuna uyğunluğu barədə:  
 
Ermənilər rusların təhrikilə qiyam edib ABŞ sənədlərinin sübut etdiyi kimi iki milyon müsəlman türkünü qətlə yetirdikdən sonra – bunu osmanlılar demir- dövlət onları Suriyaya və başqa vilayətlərə köçürmək barədə qərar qəbul etməyə məcbur oldu. Osmanlı dövləti  bu halda   İslam şəriəti baxımından   Peyğəmbərimiz Məhəmmədin (s.s.) Bənu Nədir və Bənu Keynaa adlı yəhudi qəbilələrinin müsəlmanlarla bağlanmış əhdi pozaraq qiyam etdiiklərinə görə,  Mədinədən köçürülməsi barədə qərarına əsaslanmışdır. 
 
Əsas nəticələr: 
 
Osmanlı dövləti Rusiya ilə müharibəyə başlayandan sonra ölkənin şərq vilayətlərində yaşayan ermənilər rusların təhriki və birbaşa yardımı ilə dövlətə arxadan zərbə endirdilər. Onların məqsədi ölkədə sabitliyi və əmin-amanlığı pozub dövləti zəiflədərək məğlubiyyətinə nail olmaq idi. Erməni vəhşiliklrinə parlaq misal Van şəhərini ruislar onlara təsliim etdikdən sonra müsəlman türklərə qarşı törətdilmiş cinayətlər idi.
 
Bütün bu cinayətlərin qarşısını almaq, silahlı erməni quldur dəstələrini zərərsizləşdirmək və Şərq vilayətlərində ermənilərin sayını azaltmaq üçün Osmanlı höküməti yarım milyona qədər sakini ölkənin içərilərinə köçürməyi qərara aldı.
 
1. Yol boyu çox sayda insan həm soyuqdan, həm aclıqdan və həm də yaxınlarının intiqamını almaq istəyən müsəlmanların  hücumları nəticəsində həlak oldu.
2. Əsas odur ki, Osmanlı ordusu ermənilərin böyük xəyanətinə məruz qalsa da bilavasitə heç bir ermənini, əsiri, qoca, qadın və uşağı  qətlə yetirməmişdir. Ölənlər də yolda ölmüşlər.
3. Türkiyə hökməti osmanlı arxivlərini açmışdır, burada ermənilərin məqsədyönlü və kütləvi şəkildə qətlə yetirilməsini göstərən heç bir sənəd əldə edilməmişdir. 
4. Osmanlılar ermənilərin köçürülməsi əməliyyatında  İslam Peyğəmbərinin (s.s.) iki yəhudi qəbiləsinin Mədinədən köşürülməsi barədə şəriət qərarına əsaslanmışlar.
5. Qərb isə baş verən hadisələrdən indi olduğu kimi, öz məqsədləri üçün istifadə etdi.
6. Baş verən hadisələrin bilavasitə şahidi olmuş amerikalı hərbçilər erməni soyqırımı ittihamlarını rədd etmiş, əksinə müsəlman türklərin kütləvi şəkildə qətlə yetirilməsini bəyan etmişlər.
7. Bu dövrdə Osmanlı dövlətində yaşayan ermənilərin ümumi sayı bir milyon 200 min nəfər idi, bu da ümumi əhalinin 5%-ni təşkil edirdi. Onlardan yalnız yarım milyonu köçürülməyə məruz qalmışlar.
Biz ermənilərin həlak olmasını inkar etmirik, bəli, çox sayda erməni ölmüşdür. Lakin Osmanlı dövləti onların ölümünün birbaşa səbəbkarı deyildir.  Həlak olan ermənilərin ümumi sayı bu dövrdə qətlə yetirilmiş müsəlmanların sayının onda biri qədər belə deyildir.
 
Xülasə:  
 
Beləliklə,  ermənin soyqırımı fikri tarixdə tayı-bərabəri olmayan bir uydurmadır. Belə ki ermənilər ingilislərlə əlbir olub ruslarla ittifaqda ərazisində yaşadıqları dövlətə qarşı çıxmış, qonşuları müsəlmanlara qarşı qabaqcadan planlalaşdırılmış, hazırlanmış kütləvi qətllər və soyqırımı həyata keçirmişlər. Bu da bir neçə cəbhədə düşmənlə vuruşan bir dövlətə qarşı xəyanət idi.
Ermənilər onları aldadıb bəlaya salan ingilis, fransız və ruslardan haqq-hesab tələb edib onları günahlandırmaq, səhvlərini başa düşüb əsrlər boyu yaşadıqları qonşularla sülh və əmin-amanlıq içində yaşayışa qayıtmaq əvəzinə yenə də onlara bu qədər zərər verənlərlə əlbir olub həqiqəti təhruf edərək öz siyasi məqsədlərinə çatmqa üçün uydurma soyqırım iddiaları ilə çıxış etməkdə davam edir, qanlı keçmişdən dərs almırlar.
 

Müəllif: Mahmud Səəd Diyab  (Misir)    

 
Ərəb dilindən dərcümə edən Fəlsəfə doktoru Zakir Qasımov
Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı