Qərb Türkiyəni yenidən əsarət altına almaq üçün hər cür oyunlara əl atır Ramiyə Məmmədova

Analitika 12:26 27.11.2021

"Türkiyənin dünya siyasətində artan nüfüzu bir çox narahatlıqlara səbəb olmaqda davam edir".

Bunu politoloq Ramiyə Məmmədova EDNews.net-ə bildirib.

R. Məmmədovanın sözlərinə görə, bunu açıq-aydın göstərən Qərb dövlətləri Türkiyəni yenidən öz əsarəti altına almaq üçün hər cür oyunlara əl atır: "Təbii ki, Türkiyənin son dövrlərdə yürütdüyü sərt və özünəməxsus sərbəst siyasətin nəticəsi buna gətirib çıxarmasına yol açıb. Hər zaman Türkiyənin Qərb dövlətlərinin diktəsi altında idarə olunmasına alışmış Qərb bu sərbəst siyasətin Yaxın Şərqdə, Aralıq Dənizində, Qafqazda, Asiyada, Afrikada və digər regionlarda hansı nəticəyə qətirib çıxaracağını hesablamamış deyil desək yanılmarıq. Buna görə də Türkiyəni hər zaman əlaltı görməyə alışanlar əsarət çadrasını yırtan Türkiyənin azad siyasətinin onlara gələcəkdə nə vəd edəcəklərini çox gözəl anlayırlar".

O qeyd edib ki, Türkiyəni daxildən yıxmağa calışan Qərb təəssüf ki, daxildəki güclərdən də faydalanmağa nail ola bilir: "İqtidar müxalifət arasındakı fikir ayrılıqları, istehsalatın və kənd təsəsrrüfatı sahəsinin zəifləməsi, lirərin dollar qarşısında həddən artıq artması, qaçqınların bu ölkəyə durmanadan axın etməsi və qiymət artımının getdikcə yüksəlməsi dövlət iqtisadiyyatının geriləməsində müstəsna rol oynayır. Həmçinin, ABŞın Türkiyəni həm də xaricdə sərhədləri boyu terrora verdiyi dəstəklə təhdid etməsi də bu ölkənin iqtisadiyyatındakı problemləri sürətlə geriləməsinə yol açır." 

Politoloq bildirib ki, Branson məsələsindən başlayan NATO tərəfdaşları arasındakı ABŞ və Türkiyə gərginliyi, sonra da Suriyada, Liviyada, İraqda üz-üzə gələrək davam etdi: "F-35 satışının dayandırılması ilə münasibətlərin daha da gərginləşməsi, Rusiya ilə isti münasibətlərin getdikcə daha da isinişməsi, F-35 yerinə S-400-lərin tərcih edilərək alınması, ABŞ-la deyil Rusiya ilə irəliyərək Suriyada, Liviyada hətta Qafqaz regionunda da Türkiyənin razılığı əsasında əldə etdiyi nəaliyyətlər iki tərəfdaşın nəinki bir-birindən tamamən münasibətlərin soyumasına, hətta açıq-aydın ABŞ rəhbərliyinin Türkiyəni təhdid etməsi ilə belə nəticələndi. Bayden hakimiyyətinin Türkiyəyə daha sərt yanaşması Türkiyə Rusiya münasibətlərinin daha cox irəlləməsinə və yaxınlaşmasına gətirib çıxardır ki, zənnimcə bu da son zamanlarda Türkiyə daxilində gedən proseslərdə ABŞ-ın Türkiyəni daxildən qarışdırmaq niyyəti olduğunun üzə çıxardır, həmçinin Ərdoğanın nüfuzu dünyada artmağa davam etdikcə Qərb daxildə AKP nüfüzunun azalması ücün bütün siyasi oyunlara muxalifəti istifadə edərək əl atır".

Ekspert qeyd edib ki, bunun nümünəsində son dönəmdə erkən seçimlərin keçirilməsi məsələsinin dayanmadan gündəmə gəlməsidir: "Lakin Türkiyə cəmiyyəti də bugün anlayırlar ki, AKP-nin bugün Türkiyə siyasətindən getməsi nə xarici, nə də daxili siyasətdə dövlət üçün yaxşı heç nə vəd etmir. Türkiyənin gələcək layihələri, terrorla başa çıxması hal-hazırdakı Türkiyəni geridə qoyaraq Qərbi Asiyanın, Yaxın Şərqin ən qüdrətli dövlətinə çevirəcək. Azərbaycanın Qarabağda Türkyə ilə birlikdə əldə etdiyi zəfər və Türkiyənin Qafqaz regionunda vacib aktora çevrilməsi, iki qardaş ölkənin bu regionu türk varlığının gücünü nümayiş etdirərək meqa layihələrin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılışından sonra Çinə, Asiyaya hətta Afrikaya qədər türk əlinin uzanması, Türk Dövlətlərinin bir araya gələrək Türk Dövlətlərinin Birliyinin yaranması Qərb tərəfindən necə narahatlıq doğurmaya bilər ki?! Demək ki, türk dövlətinin varlığı və türk millətinin zəfəri Qərbi nə qədər narahat edəcəksə Türk dövləti də o qədər inkişaf edərək güclənəcək və ayağı basdığı torpaqlarda türk bayrağını dalğalandırmağa davam edəcək".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
Hamısı