"Reqan" fəlakəti: Fransanın gizlətdiyi nüvə təcrübələri

Analitika 08:17 14.02.2025

Tarixi soyqırımıları, müstəmləkə altında saxladığı xalqlara qarşı zorakılıqlar və müxtəlif hüquq pozmaları ilə zəngin olan Fransa bu günə qədər nə bir üzrxahlıq edib, nə də kompensasiya ödəyib. Əksinə, daha azğın formada müstəmləkə ruhlu siyasətini davam etdirir. Yelisey sarayı bununla bağlı səslənən iradları qulaqardına vurub, onları görməzdən gəlib. Riyakarlıq və ikiüzlü siyasəti o həddə çatıb ki, 1915-ci ildə Osmanlı Türkiyəsi ərazisində ermənilərə qarşı qondarma soyqırımı törədildiyini iddia edir, amma şəxsən özlərinin törətdiklərini etiraf etmir.

Faciənin 65-ci ildönümü

Yeri gəlmişkən, Fransanın tarixdə törətdiyi ən böyük faciələrdən biri də müstəmləkəsi olduğu yerlərdə soyqırımılarla yanaşı, nüvə sınaqları keçirməsi və bununla ətraf mühitə ciddi ziyan vurmasıdır. Dünən də Əlcəzair xalqı faciəli günlərindən birini qeyd edib. Bu ölkədə atom bombası sınağının keçirilməsinin 65 ili tamam olub. Həmin sınaqlar yüz minlərlə insanın həyatını itirməsi, təbiətə milyonlarla ziyan dəyməsi ilə nəticələnib. Bugünlərdə Əlcəzair Prezidenti Əbdülməcid Təbbun “Opinion” fransız nəşrinə müsahibəsində bildirmişdi ki, Fransa nüvə poliqonu kimi istifadə etdiyi torpaqların zərərsizləşdirilməsi problemini həll etməli, həmçinin sınaqların keçirildiyi və materialların basdırıldığı dəqiq əraziləri Əlcəzair tərəfinə bildirməlidir. “Bu vacibdir. Nüvə poliqonlarının zərərsizləşdirilməsi məsələsi insani, mənəvi, siyasi və hərbi baxımdan məcburidir. Biz bunu amerikalılarla, ruslarla, indoneziyalılarla, çinlilərlə edə bilərdik. Lakin hesab edirik ki, Əlcəzair bunu sınaqları keçirən və materialları basdıran, dəqiq əraziləri bizə bildirməli olan Fransa ilə birlikdə etməlidir", - deyə Ə.Təbbun qeyd edib.

"Qərbi Səhra məsələsinə gəlincə, prezident Makronu xəbərdar etdim: Siz ciddi səhv edirsiniz! Tozu xalçanın altına süpürmək lazım deyil, bu məsələləri birdəfəlik həll etmək lazımdır", - deyə o vurğulayıb.

"Yelisey"  susur

Makron hakimiyyəti isə cavab verməyə tələsmir. Bu gün Yelisey sarayı qarşısında əsas tələb ondan ibarətdir ki, Əlcəzairdə törədilmiş nüvə cinayətlərinə görə tam məsuliyyətini rəsmən etiraf etməlidir. Nüvə partlayışlarının qurbanlarına və onların ailələrinə qarşı yaşadıqları faciəyə uyğun ədalət nümayiş etdirməsi də bu tələblər sırasındadır. Ən dəhşətlisi odur ki, nüvə sınaqlarını Böyük Səhra ərazisində keçirən zaman yerli əhaliyə heç bir xəbərdarlıq edilməyib, onların təhlükəsizliyi üçün heç bir tədbir görülməyib.
Ekspertlər qeyd edirlər ki, atom bombalarının atıldığı səhrada yaranan tufanlar radioaktiv tullantıları əhalinin sıx məskunlaşdığı şimal bölgələrinə aparır. Hətta 2021-ci ilin fevralında Aralıq dənizini keçən və Fransanın cənub səmalarını narıncı rəngə boyayan radioaktiv tullantılar qeydə alınıb.

Fransanın  törətdiyi ən ağır cinayətlərdən biri

Əlcəzairin cənubunda aparılan nüvə təcrübələri Fransanın 132 illik işğalı dövründə törətdiyi ən ağır cinayətlərdən biridir. 13 fevral 1960-cı ildə Əlcəzairin Reqan şəhəri yaxınlığındakı "Səhra Hərbi Təcrübələr Mərkəzi"ndə (CSEM) ilk atom bombasını partladaraq Fransa nüvə dövləti statusu qazandı. "Mavi siçovul" adlanan 70 kt gücündə olan bomba Xirosimaya atılan bombadan dörd dəfə çox enerji yaydı. İkinci bomba olan 5 kt gücündəki "Ağ siçovul" bir neçə ay sonra, 1960-cı il aprelin 1-də partladıldı. 5 kt-dən az gücü olan "Qırmızı siçovul" 1960-cı il dekabrın 27-də, oxşar gücdə olan "Yaşıl siçovul" isə 1961-ci il aprelin 25-də partladıldı. Fransa ümumilikdə Əlcəzairin Reqan və Hoqqar bölgələrində 17 atmosfer və yeraltı nüvə sınağı həyata keçirdi. Bu sınaqlar 1960-1967-ci illər arasında aparıldı və doqquz sınaq Əlcəzairin müstəqillik qazanmasından sonra həyata keçirildi (Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər Fransanın müstəmləkəsi olub). Silahlanma Rəsədxanasının direktoru Patris Buverin fikrincə, keçmiş prezident Şarl de Qoll Səhranı sınaq meydanı kimi saxlamaq üçün onu Əlcəzairdən təcrid etməyə ümid edirdi. Lakin Fransanın nüvə ambisiyalarına Əlcəzairin müstəqillik müharibəsi mane oldu. Sınaqlar insanları, heyvanları və bitkiləri məhv edib və Əlcəzairin yüz minlərlə kvadrat kilometr ərazisini və başqa bölgələri çirkləndirib. Radioaktiv tullantılar təkcə səhrada deyil, Afrika və Aralıq dənizində də yayılıb.

Nüvə partlayışları 42 mindən çox əlcəzairliyə təsir göstərib 

Sınaqların nəticələrini tədqiq edən ekspertlər nüvə partlayışlarının 42 mindən çox əlcəzairliyə birbaşa təsir etdiyini təxmin ediblər. Rəsmi statistikaya görə, ümumilikdə 2 milyondan çox insan sezium və uranın çirkləndirməsindən ölüb. Əlcəzairin qərbindəki Oran Universitetinin nüvə fizikası professoru və Əlcəzairdə Yaddaşın Qorunması Komissiyasının üzvü Abdul Kadhim əl-Abudi qurbanların sayını 60 min nəfər qiymətləndirir. Le Journal de l'Afrique qeyd edir ki, nüvə sınaqları təkcə Əlcəzairin deyil, həm də Malinin əhalisini ciddi şüalanmaya məruz qoyub.

Yeri gəlmişkən, Əlcəzairdəki nüvə sınaqları haqqında daha ətraflı məlumatı dünya yalnız 2014-cü ildə, Fransa Müdafiə Nazirliyi Nüvə Sınaqları Veteranları Milli Assosiasiyasının məhkəmə iddialarının fonunda təxminən 60 sənədi məxfilikdən çıxaranda öyrənib. Bununla belə, fransalı nüvə eksperti Bruno Bariyo qeyd edir ki, çox sənəd çatışmır: "Əgər biz həqiqəti öyrənmək istəyiriksə, fransız ordusunun sənədlərindən "Məxfi" qrifinin götürülməsi prinsipinin özü dəyişdirilməlidir". Məxfilikdən çıxarılmış sənədlər arasında ilk sınaqdan 13 gün sonra tərtib edilmiş xəritə var idi. Onda İspaniyanın cənub sahillərindən Çada, Şimali Afrikanın qərb hissəsindən Siciliyaya qədər əraziyə yayılmış radioaktiv bulud qeyd edilmişdi. Havanın çirklənməsindən əlavə, suyun tərkibinin dəyişməsi də qeydə alınıb. 1966-cı ildə fransız hərbçiləri poliqonları tərk etdikdən sonra nüvə tullantılarını və avadanlığı qumda basdırıblar. Basdırılma yerləri naməlum qalıb, ona görə də toksik qalıqlar və zibil hələ də ekologiyaya və sağlamlığa ciddi ziyan vurur.

Bəli, tarixi faktdır ki, Fransa Əlcəzairdə dəhşətli soyqırımıları, faciələr törədib. Lakin keçmişindən utanmayan Fransa bunu nəinki etiraf etmir, hətta başqa ölkələrə iradlar tutur. Lakin unudurlar ki, tarix tarixdir və törətdikləri alınlarındakı gizlədilməsi mümkün olmayan qara ləkələrdir.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı