İranın Nüvə Yolu: Diplomatiya və ya Qarşıdurma?

Analitika 10:49 14.03.2025

Dünyanın geosiyasi gücləri İranın nüvə proqramını məhdudlaşdırmaq üçün tarixi  razılaşma imzaladığı vaxtdan demək olar ki, on il keçib. Bu, İran və beynəlxalq ictimaiyyət üçün kritik bir məqamdır.

İran indi nüvə bombası istehsal etməyə daha yaxındır. İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq məqsədilə hazırlanmış razılaşma sona çatır.

Londonda yerləşən ''Chatham House'' düşüncə mərkəzinin mütəxəssisi Dr. Sanam Vakil qeyd edir ki,“ləngimədən və uğurlu diplomatiya olmadan, İranın silahlanma prosesinə başlamağı və ya İslama qarşı hərbi zərbə təhlükəsi ilə üzləşə bilərik.” 

Obamanın prezidentliyi dövründə iki il ərzində  əldə edilən bu razılaşma, İranın nüvə fəaliyyətlərinə məhdudiyyətlər qoyaraq, ölkənin iqtisadiyyatını zəiflədən sanksiyaların yüngülləşdirilməsi müqabilində hazırlanmışdı.
Ancaq Donald Tramp 2018-ci ildə razılaşmadan çıxaraq ABŞ sanksiyalarını bərpa etdikdən sonra, İran da tədricən öz öhdəliklərini yerinə yetirməkdən imtina etdi.

Mütəxəssislər bildirirlər ki, bu günlərdə İranın tək bir nüvə silahı istehsal etmək üçün lazım olan materialı zənginləşdirməsi bir həftə ərzində mümkündür.Buna görə də ABŞ və razılaşmanın digər beş tərəfi - Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya tərəfindən təcili diplomatik fəaliyyətlər artıb.BMT Təhlükəsizlik Şurasının bağlı iclasında çərşənbə günü İranın nüvə proqramı müzakirə edilib.

Cümə günü Çin, İran və Rusiya ilə “diplomatik” həll yolu tapmağa çalışmaq üçün danışıqlar keçirəcək.Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq dedi ki,''hal-hazırda, biz hesab edirik ki, bütün tərəflər soyuqqanlı və təmkinli olmalı, İranın nüvə vəziyyətini gərginləşdirməməli və ya qarşıdurma və münaqişəyə yol açmamalıdırlar.''

Çərşənbə günü, Tramp tərəfindən yazılmış məktub, Birləşmiş Ərəb Əmirliklərindən yüksək səviyyəli  diplomat tərəfindən Tehrana çatdırıldı.Məktubun məzmunu hələ də açıqlanmayıb.Amma Tramp, İrana qarşı maksimum təzyiq kampaniyasının bir hissəsi olaraq yeni sanksiyalar tətbiq edir.O keçən həftə televiziya üzərindən İrana bir ultimatum verdi: razılaşma əldə edin ya da…

“Ona bir məktub yazdım, dedim ki, ‘Ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki əgər hərbi müdaxiləyə başlamağa məcbur olarsaq, bu, sizin üçün pis olacaq.''Amma İranın Ali Rəhbəri Ayətullah Əli Xameney “zorakılıqla” təklif edilən danışıqları rədd etdi.Həmçinin Prezident Masud  Pezeskin, nüvə razılaşmasının bərpası ilə bağlı əvvəllər dəstək verdiyi halda, indi sanksiyaların sonlandırılmasını tələb edərək bu ideyaya qarşı çıxıb.

Dr.Vakil qeyd etdi ki,“ölkə daxilində danışıqlar tərəfdarı olan qruplar da var.Onlar silahlanmanın, İranın təhlükəsizliyini idarə etmək üçün ən yaxşı fürsət olduğunu düşünən qruplar da var.Tramp administrasiyasına etimad çox azdır.''Onlar bu vəziyyətdə olmaq istəmirlər.İran, başına silah tutularaq alçaldılmağı sevmir. Amma ölkə hazırda zəifdir - ötən il İsrailin hava hücumları nəticəsində, nüvə proqramını qoruyan əksər hava müdafiə sistemləri məhv edilib İsrail uzun müddətdir bu obyektləri sıradan çıxarmaq istəyir.İran hakimiyyəti ölkənin nüvə proqramının sülh məqsədli olduğunu israrla bildirir.Amma beynəlxalq ictimaiyyətin narahatlığı getdikcə artmaqdadır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) son illərdə İranın müxtəlif obyektlərdə nüvə qabiliyyətlərini gücləndirdiyini bildirib.''60% təmizliyə qədər zənginləşdirilmiş uran ehtiyatı çox sürətlə böyüyür,İranın yüksək təmizlənmiş uran istehsalını əhəmiyyətli dərəcədə artırması, bu nüvə materialını istehsal edən yeganə nüvə silahı olmayan dövlətin bu addımı atması ciddi narahatlıq doğurur,” deyə IAEA özünün son hesabatında bildirir.
Lakin nüvə nəzarət orqanı artıq İranın nə etdiyini dəqiq müəyyən etmək imkanına malik deyil, çünki İran hakimiyyəti IAEA nəzarət avadanlıqlarını götürüb.

Qrossi diplomatik əlaqələrin İranla - mümkünsə hər hansı bir kanal vasitəsilə - təcili və “qaçınılmaz” olduğunu bildirir.
“Əgər Tehran bomba istehsal etməyə qərar verərsə, bir neçə başlıq üçün kifayət qədər uranı bir neçə həftə ərzində zənginləşdirə bilər,” deyə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) nüvə yayılmasının qarşısını almağa çalışan mütəxəssisi Dr. Aleksandr Bolfras BBC-yə bildirib.

O həm də qeyd edib ki,''bir nüvə silahı hazırlamaq bir neçə ay və ya daha uzun müddət tələb edə bilər'' deyə o əlavə edib.“Iran, nüvə silahları istehsal etməyə çox yaxındır, amma hələ də aydın deyil ki, İran nüvə silahı istehsal etməyi qərara alıb, yoxsa başqa dövlətlərdən danışıqlar üçün təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.”

Mədinə Məmmədova//EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı