Galatasaraya meydan oxuyan Molde - yə QARABAĞ ŞOKU Əkbər Novruz yazır

Yazarlar 12:30 22.09.2023

Avropa Liqasının qrup mərhələsinin ilk turu yekunlaşdı və Qarabağın “Köhlən Atlar”ı, Norveçin “Molde” klubuna 1:0 hesabı ilə qalib gəldi. 

Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, ötən gün keçirilən oyun mənim üçün xüsusi idi. Ona görə ki, təxminən 2 ildən sonra yenidən Qarabağın Avropa turnirində oyununu izləməyə getmişdim.

Yalan deməyəcəm, həqiqətən futbolun sağlam izləyicisi və pərəstişkarı olaraq bu oyunda qalib gələ bilməyəcəyimizi düşünmüşdüm. Norveç təmsilçisinin təsnifat mərhələsində Türkiyə nəhəngi “Galatasaray”a qarşı göstərdiyi performansı gördükdə, qazanacağımıza inamım yox idi. Bilmirəm bəlkə də, kiçik yaşlarımdan hər zaman “Neftçi” azarkeşi olmağımdan, ya da bu hiss ölkə futboluna qarşı inamsızlığımdan irəli gəlirdi.

Stadiona addımımı atdığım andan etibarən bu ab-hava üçün necə də darıxıdığımı xatırladım. Avropa Liqasının insanı ruhlandıran musiqisi, tribunadakı ab-hava və.s

Oyunu izləməyə mən və əlavə 4 dostum getmişdik. Dostum sağ olsun məlumatlı olduğu üçün Qarabağın məşhur fan klubu “İmarət Tayfa”nın yanında əyləşmişdik. Təəssüflər olsun bizim oturduğumuz hissədə azərkeşlər ruhsuz olsalar da, İmarət – in səsi bizi də həvəsləndirirdi. Stadionun digər tərəfində isə “Qarabağ Ordu” fan klubu məskunlaşmışdı. İmarət ətrafındakı azərbaycanlı azərkeşləri həvəsə gətirir, Qarabağ Ordu isə yerləşdiyi yerdən Norveç azərkeşlərini həvəsdən salırdı. Qarşılıqlı olaraq bir-birilərinə dəstəkdə idilər. Oyun başlayan kimi şəhidlərimiz də anıldı. İmarətin güclü “Şəhidlər ölməz, vətən bölünməz” şüarı ilə hislərimizi bəyan etdik.

Qeyd etdiyim kimi ruhsuz bir ortamda olsaq da, qarşımızda iki dənə az yaşlı azərkeşlərlə maraqlı anlar yaşadıq. Bizdən savayı ortamın ən maraqlı və həvəsli ikilisi idi. Yazıqlar sadəcə az yaşlı olduqlarından səsləri ruhsuz ortamda itib batırdı. Mən də onlardakı potensialı görərək oyunun ilk hissəsi qolsuz bitdiyi üçün növbəti hissədə uşaqlara, “ikinci hissəyə 1-0 dəqiq hesab yazıb kupon oynamaq istəyirəm” dedim. Onlar da maraqlı bir şəkildə məni dəstəkləyirdilər. Qatı Qarabağ azərkeşi olan əmilərindən məsləhət alıb məni motivasiya edirdilər ki, “əmimiz qatı azərkeşdi, hər oyun burda olur. Yaz getsin”. Kuponu yazmadım amma kaş yazsaymışam. Əlbəttə sadəcə uşaqların reaksiyasını öyrənmək üçün etmişdim. (kupon yazmaq və ya bu cür qumar vasitələrindən istifadə tövsiyə olunmur!) 

İkinci hissə başladıqdan qısa müddət sonra Qarabağ hesabı açdı və sevincimizin həddi-hüdudu yox idi. Dostlarımla, tanımadığımız şəxslərlə və qeyd etdiyim uşaqlarla əl-ələ verib, qucaqlaşıb sevinirdik. Necə də bu hiss üçün darıxdığımı elə o an gördüm. Belə anlarda idmanın, əsasən də futbolun insanları necə bir araya gətirdiyini hiss edirdim. Oyun boyunca həmin o azyaşlı dostlarım məndən daha çox oyunun 1-0 bitməsini istəyirdilər, sanki yazmışam kimi. Oyun elə bu hesabla bitdiyində sanki kuponu bunlar qazanmış kimi sevinirdilər. Maraqlı personajlar idilər növbəti oyunlarda da onları görmək istərdim.

Hər şey bir yana nəticə olaraq deyə bilərəm ki, bu qələbə həqiqətən bizim üçün önəmli idi. İlk tur olsa da, keçirildiyi gün əlamətdar idi. Qondarma rejimin aradan qaldırılmasını bir növ də belə keçirdik. İngilislərin belə məsələlərdə maraqlı ifadəsi var. Bu qələbəyə uyğun olaraq ona istinadən deyə bilərəm ki, “it was a cherry on top of the ice cream”. (Dondurmanın üzərinə qoyulmuş gilas idi) metaforik yanaşmada bir əlamətdar və yaxşı hadisənin üzərinə daha biri əlavə olundu deməkdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı