20 qəpiklik DUA – Oğuz Ayvaz yazır...

Yazarlar 15:00 07.06.2024

Dünyada və eləcə də Azərbaycanda dilənçi mafiyası get-gedə daha çox vüsət almağa başlayıb. Biz onlarla günün istənilən saatında - müxtəlif yerlərdə, küçələrdə, parklarda, tinlərdə, dayanacaqlarda rastlaşırıq. Eyni sözləri əzbərləyən dilənçilərin arasında, həqiqətən də, ehtiyacı olanlar da olur, amma biz onları bəzən yaxşı görə bilmirik, doğrunu və yalnışı ayırd etməkdə çətinlik çəkirik.

Günlərin bir günündə asudə vaxtımda metronun üstündə küçənin tinində dayanıb, əllərini göyə açan və dayanmadan ağlayan qadını müşahidə etməyə başladım. Yanından keçən adamlar onun görünməyən gözyaşlarına aldanıb ovucuna pullar qoyub gedirdilər. Dilənçi çarşabda idi, gözündə bulanıq, köhnə eynək vardı. Əlləri çopur- çopur olan dilənçi elə hey qırıq val kimi fasiləsiz ağlayırdı. Onu ilk görəndə ağlamalı səsinə ayaq saxladım, diqqətlə üzünə baxdım, çöhrəsi qupquru idi - o ağlamırdı, ağlamağı parodiya edirdi. Tələsən adamlar isə tora tez düşürdülər. İki saatdan çox idi onu uzaqdan izləyirdim, heç cür fasilə vermir, dilini qəfəsə qoymadan eyni sözləri üyüdürdü: “Allah köməyiniz olsun, üüüü, üü, kömək eləyin”... Bəlkə də, bu sözü 500 dəfə dayanmadan təkrar edirdi. Hərdən mənə elə gəlirdi ki, bəlkə, bu insan deyil, ora qoyulmuş mankendi, paltarının içində də səs cihazı yerləşdirilib. Amma yox, o insan idi və işini peşəkarcasına görürdü. Az keçmədi ki, əllərini qoynuna sıxdı, harasındansa zənbil çıxardı və qanrılıb addımlamağa başladı. Qara rəngli "Mersedes" maşının yanında dayandı, arxa qapı açıldı və qarı yağlı əppək olub yoxa çıxdı. 

Dünən isə parkda iki qarabuğdayı uşaq mənə yaxınlaşdı. 20 qəpik uzatdım, amma uşaq etiraz elədi: 

- Əmi, 20 qəpiyə dua olar? 2 manat ver. 

Hər şeyin qiyməti qalxdığı kimi artıq dilənçilər də sədəqənin qiymətini qaldırıblar. Artıq onlar üçün qəpik-quruş heç nədir. Onların duasının keçməyi üçün ən azı 1 manatından keçməlisən. 20-30, ya 50 qəpik verəndə elə ağız-burun əyirlər ki, elə bil onları təhqir etmisən. Maraqlıdır, dilənçilər Tanrıya inanır? Axı onlar hər gün Allahın adını çəkirlər. 

Yadıma rus yazıçısı İvan Turgenevevin dilənçi ilə olan əhvalatı düşdü. Bir gün şaxtalı havada Turgenevevin qarşısına dilənçi çıxır. Soyuqdan əsən dilənçi Turgenevdən pul və yeyəcək nəsə istəyir. Turgenevin dilənçiyə verəcək heç nəyi olmur. Üzrxahlıqla onun əlini öz əllərinin arasına alır, şəfqətlə əllərini isidir. Sonda utancaq bir şəkildə “Qardaş, bağışla, pulum yoxdur” deyir, ardınca da “Sənə heç nə verə bilmirəm” əlavə edir. Dilənçi isə cavabında: “Siz mənə çox şey verdiniz. Əllərimi isidib “qardaşım” dediniz. Bundan böyük nə var ki?"

Ehtiyac insanı bu vəziyyətə gətirib çıxarda bilər. Ancaq elələri var ki, sənin hisslərini istismar edirlər, yalandan rola girib sənin olan-qalanını əldə etmək istəyirlər. Xisləti dilənçi olanlar var. İşləsələr də, ciblərində pul olsa da, yenə də başqalarından nəsə ummağı sevirlər. Artıq bu narkotik kimi onların qanına keçib. Onları yaxından araşdırsan, görərsən ki, bəlkə, bir ev dolusu pul yığıblar, amma gözləri doymur. 

Dilənçilik sosial vəziyyətin təzahürüdür. Artıq dilənçilik real həyatdan virtuala daşınıb. Başa düşürəm, əlacsızlıq insanı hər yola əl atmağa sövq edir. Lakin arsızlıq, həyasızlıq ayrı şeydir, ehtiyacı olmaq ayrı. Tələbəlik vaxtı metronun çıxışında bir qadın otururdu. Yaxşı yadımdadır, o qadın bircə dəfə də səsini çıxarmırdı, ağlamırdı, zəhlə tökmürdü, başqa dilənçilər kimi ayağından tutub yalvarmır, sənin hisslərini istismar etmirdi. Sadəcə oturub susur və uzaqlara baxırdı. Mən o qadına inanırdım. Anam universitetə gedəndə mənə 3 manat pul verirdi. Həmişə bir manatı o qadın üçün saxlayırdım. Bilirdim ki, onun, həqiqətən də, ehtiyacı var. Çünki ehtiyacı olanlar vay-şüvən qaldırmırlar. Düzdü, indi ağlamayana məmə yoxdur. Ancaq insan nəyini itirsə də, pulsuz olsa da, gərək öz içindəki insanlığı itirməyə, istifadə etməyə. Çünki mənə görə, istifadə etmək ən pis əməldir. 

Bu dünyada dilənçilər həmişə olacaq. Həmişə biri tox gəzəndə, o biri ac qalacaq. Hararinin kitabında oxumuşdum. Yazırdı ki, XXI əsrdə heç kim acından ölə bilməz. Müəllif bunu sübut etmək üçün bir çox dəlillər irəli sürürdü. Sosial yardımlar, böyük ölkələrin dəstəkləri, sosial şəbəkələr... Fikir verin, imkansız biri ortaya çıxan kimi hamı necə dəstək olmağa çalışır. Hamı nəyi varsa onu ortalığa atır, kart hesabı paylaşılır, pul yığılır. Həmin adamı tapıb pul verirlər, əyin-baş alırlar, işlə təmin edirlər. Bu mənada Hararinin dediyində həqiqət var. Artıq dünya elə bir dünyadır ki, ac qalmaq şansın yoxdur. Ancaq xislətin dilənçi olmaya... Buna heç bir çarə yoxdur. Dünyanın heç bir yerində də müalicəsi yoxdur.

İnsan aza qane olmalıdır. Həqiqətən, ehtiyacı olanlar aza qane olmağı bacarırlar. İmkanlılar da bunu bilirlər. Ona görə də onlara yardım edirlər. Buddizmdə çox gözəl bir söz var, deyir, arzularını minimuma endir, onda xoşbəxt olacaqsan. Xoşbəxt olmaq üçün bir buxanka çörək, bir qab yemək, bir stəkan su bəs edir bəzən. Ümid edirəm ki, dünyada hamıya bir qab yemək, bir buxanka çörək və bir stəkan su çatar. Sosial ədalətsizlik o zaman meydana çıxır ki, biri çox-çox varlı yaşayır, o biri isə yalnız qarnını doyuracaq qədər qazanır. Halbuki insanlar bərabər şəkildə yaşamalıdırlar.

Hararinin dediyi məsələ haqqında düşünəndə ağlıma bir şey gəlir. Bəli, indiki dövrdə acından ölən adam ola bilməz. Ancaq onu mütləq bir xilaskar çıxıb xilas etməlidir? Əgər dünyada ədalətli bölgü, bir sistem olsa, o zaman hamı bərabər şəkildə şad-xürrəm yaşayar. Belə bir dünya isə yoxdur. Bu cür dünya olsa mənim daha bu yazını yazmağıma nə ehtiyac qalardı ki? 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı