Bizə vətəni canımızdan çox sevməyi öyrədən analarımıza minnətdarıq

Yazarlar 12:22 07.03.2025

 Azərbaycan qadını müdrikliyi, sədaqəti, intellekti, qəhrəmanlığı ilə hər zaman xalqımızın adını uca tutub. Bu gün də bu ənənə davam edir. Azərbaycan qadını həm işində, həm də ailəsində fədakarlığı, əzmi, qətiyyəti ilə fərqlənir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də  pedaqoq, siyasətçi, iş adamı, xalqın etimad göstərdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev həmişə qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır, bütün sahələrdə qadınlara xüsusi yer ayırır, lider qadınlar yetişdirirdi.

Bu ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə diqqətlə yanaşılır.
Uğurlu qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları önəmli dövlət qurumlarında təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir. Dövlət başçımızın təbrik məktubunda da qeyd edildiyi kimi, “müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər”.

Dövlətin dəstəyi cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində Azərbaycan qadınının rolunu gücləndirir.

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva da deyir ki, “qadın olan yerdə həmişə səmimiyyət və sevgi var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər”. Azərbaycan qadını da bu gün qlobal miqyasda dialoqun möhkəmlənməsində iştirak edir, eyni zamanda dövlət quruculuğu prosesinə töhfələr verməkdədir.

Nailiyyətləri ilə tarixdə iz qoyan qadınlarımız kifayət qədərdir. Azərbaycan qadını həm də qəhrəman, vətənpərvər oğullar yetişdirməklə adını tarixə yazdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev də 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdə qadınların rolunu yüksək qiymətləndirirərək bildirmişdir ki: “Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də Azərbaycan qadını öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur”.

Biz ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edən, vətən uğrunda gözünü belə qırpmadan ölümə gedən igid oğulları yetişdirən analara borcluyuq.

Həqiqətən də məhz bu fədakar anaların övladları bu torpaqlar uğrunda canlarından keçiblər. Bizə vətəni canımızdan çox sevməyi öyrədən analarımıza minnətdarıq. Əminliklə deyə bilərik ki, hər qalib xalqın arxasında güclü lider, güclü ordu ilə yanaşı həm də güclü və fədakar analar dayanır.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilk növbədə şəhid və qazi analarını ürəkdən təbrik edir, onlara ən xoş diləklərimizi yetiririk. Şəhid xanımlarımızın əziz ruhunu dərin ehtiramla anırıq.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
"Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda davamlı sülh üçün ümid verir"
12:20 10.07.2025
Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb
12:05 10.07.2025
Azərbaycan neftinin qiyməti 76 dolları keçdi
11:50 10.07.2025
"Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq"
11:05 10.07.2025
Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə razılaşma baş tutub
10:50 10.07.2025
Hamısı