Bir CEO hər şeyi dəyişə bilər?

Yazarlar 08:47 08.04.2025

Dəyişikliyə ehtiyac haradan doğur? – Qəbul edilməyən problemlər, köhnəlmiş sistemlər, geriləyən performans. Bəzi şirkətlərdə işlərin düz getmədiyi açıq-aşkar görünür:

• satışlar azalır
• komanda motivasiyasını itirib
• proseslər qeyri-effektivdir

Amma bu problemlərin çoxu illərlə yığılıb və nəhayət, sahibkar qərar verir: “Dəyişiklik lazımdır”.

Transformasiyaya başlamaq nə deməkdir? – Təkcə struktur deyil, düşüncə tərzinin də dəyişməsi. 

Dəyişiklik yalnız yeni departament yaratmaq və ya birini işdən çıxarmaq deyil.
Transformasiya – düşüncə tərzinin, iş mədəniyyətinin, liderlik yanaşmasının yenilənməsidir.

Bunun üçün həm strategiya, həm də icra bacarığı lazımdır.

Yaxud: Dəyişiklik istəyirsənsə, komandanı da dəyişməlisən. Yoxsa "Bir CEO ilə hər şey düzələr" illüziyası, resurs ayırmamaq - bu qənaətin nəticələri ürəkaçan olmaya bilər. 

Bir ağıllı CEO gəlsin, hər şey “düzəlsin”! Və yeni CEO təyin olunur. Yaxşı təcrübəsi var. Planları var.

Amma çox vaxt belə olur: Sahibkar artıq büdcə ayırmaq istəmir. “Onsuz da səni yüksək maaşla gətirmişik, qalanını sən yoluna qoy”.

Bu yanaşma dəyişiklik prosesinin qarşısını alır. Çünki CEO-nun özü ilə birlikdə uyğun komandaya, uyğun resurslara, uyğun etimad mühitinə ehtiyacı var.

1. Etimad, iradə və strateji fokus – Dəyişiklik prosesində liderin və sahibkarın rolu.
2. Hədəf olmadan dəyişiklik olmur – Ölçülə bilən nəticələr və irəliləyiş üçün aydın istiqamət.
3. Komanda olmadan liderlik olmaz.

Yaxşı CEO tapmaq uğurun bir hissəsidir. Qalan hissəsi – bu liderə doğru komanda, uyğun struktur, dəstəkləyici mühit və real hədəflərlə işləmək fürsətini verməkdir. Əks halda, hər şey tək adamdan gözlənilir və heç nə dəyişmir.

Etimad və Məsuliyyət

Yuxuda bir dostumu – biznes müəllimi olan və peşəkar təcrübəsinə hörmət etdiyim birini – öz kiçik oğlu ilə birlikdə park skamyasında oturarkən görürəm. Mən onlara yaxınlaşıram, balaca uşağı sevgi ilə öpürəm. Elə bu an uşaq skamyadan yıxılır. Üzü bir qədər cızılır. Dərhal panikaya düşürəm, qorxuram, tez onu qaldırıram. Və həmin an… o uşaq, o balaca insan, gülərək mənə baxır və deyir: “Əmi, heç nə olmayıb, narahat olma”, sonra da məni öpür.

Bu yuxu bir neçə gündür məni düşündürür. Həmin hiss – məsuliyyət, qorxu, narahatlıq və sonda aldığın etimad – mənim üçün sadəcə bir yuxu deyildi. Bu hissi çoxumuz tanıyırıq. Xüsusilə də bir lider, bir rəhbər olaraq, özünü məsul hiss etdiyin anda birinin sənə “narahat olma, sənə güvənirəm” deməsi… Bu, hər şeyi dəyişir.

İnsanların sənə etimad göstərməsi, sənə güvənməsi, əslində çox dərin və görünməyən bir liderlik formasıdır. Bu yazıda liderliyin bu tərəfini danışmaq istəyirəm - nə “OKR”, nə “KPI”, nə də “toplantı dəftərləri” olan tərəfini. 

İnsan olan tərəfini.

Xüsusilə də işlərin qaydasında getmədiyi, komandanın motivasiyasının azaldığı, hədəflərin bulanıq göründüyü bir zamanda – lider üçün sınaq anı dəyişiklikdir.

Yeni CEO kimi gəldiyin bir şirkətdə ilk gündən hamının gözündə “xilaskar”san. Sanki bir düymə basacaqsan və hər şey düzələcək. Amma gerçəklik çox fərqlidir. Sən hələ vəziyyəti təhlil etməmisən, komandanı tanımırsan, sistemləri anlamamısan. Bu arada isə insanlar gözləyir. Ən çox gözlənilən isə sahibkardır: o səninlə bəlkə də son şansını yoxlayır, səndən möcüzə gözləyir, amma eyni zamanda o möcüzəyə tam sərmayə qoymaqdan da çəkinir.

Çünki bu mərhələdə “komanda qurmaq üçün resurs istəyirsən” - cavab isə bəzən belə olur:

“Onsuz da işlər düz getmir, indi bir də əlavə xərcmi ayıraq?”

Bu, çox tipik və emosional cəhətdən çətin situasiyadır. Lider olaraq iki məsuliyyətin var:

1. Mövcud resurslarla mümkün olanı etmək.
2. Eyni zamanda sistemli şəkildə etimad qazanaraq gələcək üçün ehtiyac duyduğun komandanı qurmaq.

Dəyişiklik - komanda olmadan baş tutmur. CEO-nun təkbaşına dəyişiklik etməsi mümkün deyil. Dəyişiklik üçün:
• yeni yanaşma gətirəcək rəhbərlər,
• kritik rollarda etibarlı və bacarıqlı insanlar,
• birgə öyrənmə və irəliləmə mədəniyyəti lazımdır.
Əks halda, köhnə sistemin içində tək mübarizə aparan lider tükənir.

Dəyişiklik deyəndə konkret nədən danışırıq?
• İki ilə satışları %30 artırmaq?
• Yeni bazara çıxmaq?
• Müştəri məmnuniyyətini yüksəltmək?
Ölçülə bilən hədəflər olmadan “dəyişmək istəyirik” deməyin mənası olmur. Hədəfsiz transformasiya boş səs-küydür

Bütün bu qarışıqlığın içində bəzən bir yuxudakı uşaq kimi kimsə sənə gülümsəyib “Narahat olma, sən bacararsan” deyir. Bəzən bu, sənin əməyini anlayan bir əməkdaş olur. Bəzən isə öz-özünə deməli olursan bu sözləri.

Liderlik budur – təkcə planlar, excel fayllar və göstəricilər deyil, eyni zamanda emosiyaların idarə edilməsi, etimadın qurulması və qorxularla düzgün davranmaqdır.

Yeni bir dəyişiklik mərhələsində komanda qurmaq çox zaman təkbaşına mübarizəyə çevrilir. Yalnız və yavaş!Əsas səbəblərdən biri – sənin bir vizyonun var, amma bu vizyona hələ heç kim inanmayıb.

Yeni komanda üzvlərini seçmək, mühitə uyğunlaşdırmaq, sinxron işlətmək – bu, zamana və sınaqlara bağlı bir prosesdir. Amma dəyişiklik dövründə səbir çatışmazlığı olur və hamı dərhal nəticə istəyir.

Ən çətin hissəsi budur ki, lider bu zaman həm komanda yoldaşı, həm motivator, həm emosional tənzimləyici, həm də strateq olmaq məcburiyyətində qalır. O biri tərəfdən isə təkdir. Çünki əslində o hələ də şirkətin daxili kodlarına, mikro-mədəniyyətinə yad birisidir. Amma emosional yükü var, hamıdan güclü görünməlidir.

Bir çox CEO, xüsusilə də dəyişiklik dövründə gətirilmiş CEO emosional olaraq tənha olur. Komandaya güc, sabitlik və əminlik göstərmək istəyir, lakin içində çoxsaylı suallar var:

• Bu dəyişikliklərin arxasında şirkət dayana biləcəkmi?
• Sahibkar həqiqətən bu vizyona sadiq qalacaqmı?
• Komanda yenilənməyə açıqdırmı?

Bu sualları açıq-aşkar heç kimlə danışmır. Çünki liderlik – bəzən sükutda davam edən daxili bir dialoqdur.

Məhz buna görə liderin emosional dayanıqlığı, özünü tənzimləməsi və özünə qayğısı da bir bacarıqdır. Biz bəzən dəyişiklik deyəndə təkcə struktur, sistem, KPI-lər haqqında düşünürük. Amma liderin içindəki emosional sistem da ən az bunlar qədər əhəmiyyətlidir. 

Dəyişiklik Təkcə Planla Olmur, İnsanla Olur!

Həsən Həsənov
SER Consulting Groupun təsisçisi

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı