Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir

Yazarlar 10:30 08.05.2025

Azərbaycanın xarici siyasəti hər zaman bütün tərəfdaşlarla normal, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutub. 44 günlük Vətən müharibəsindən sonra isə regionda formalaşan yeni reallıqlar həm də yeni əməkdaşlıq imkanları yaradıb. Digər tərəfdən, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan etibarlı, ən əsası isə proqnozlaşdırıla bilən tərəfdaş kimi diqqəti cəlb edir. Məhz bu səbəbdən dünyanın iqtisadi nəhəngi sayılan Çinin Cənubi Qafqazda seçimi Azərbaycandır. Cənab Prezidentin Çinə dövlət səfəri ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Səfər zamanı imzalanmış vacib sənədlər rəsmi Pekinin Bakı ilə uzunmüddətli perspektivdə əməkdaşlığı davam etdirmək niyyətinin göstəricisi, həmçinin ölləmizin Şərq və Qlobal Cənub istiqamətində artan uğurlu əməkdaşlığının əyani təsdiqidir.

Eyni zamanda cənub qonşumuz İran da bu vaxta qədər baş verən bütün gərginliklərə rəğmən Azərbaycanla münasibətlərin normal məcrada  inkişafında maraqlıdır. Adıçəkilən ölkənin prezidenti Məsud Pezeşkian Bakıda bəyan etdi ki, “biz bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun”. Yəni rəsmi Tehran da etibarlı tərəfdaş kimi Azərbaycana önəm verir. Hətta İran şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb olunması da gündəlikdədir. Ümumilikdə qonşu dövlətlərlə normal münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Bu gün Türkiyə, Rusiya, Gürcüstanla yüksək səviyyəli əlaqələr mövcuddur. Həmçinin İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün artıq heç bir maneənin olmadığını deyə bilərik.

Xatırlatmaq yerinə düşər ki, Gürcüstan prezidenti də ilk xarici səfərini məhz Azərbaycana etdi və bu, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakterini göstərdi.

Həmçinin Belarusun yeni baş naziri Aleksandr Turçinin ölkəmizə səfəri də rəsmi Minskin Bakı ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu göstərir. Azərbaycanla Belarus arasında əlaqələr hər zaman möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanıb. A.Turçinin baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsi isə sıx tərəfdaşlıq münasibətlərinin göstəricisidir. 
Bütün bu səfərlər və dinamika rəsmi Bakının regional, qlobal məsələlərdə artan nüfuzunu, Qafqaz və Xəzər dənizi regionunda aparıcı aktor olmasını nümayiş etdirir. Eyni zamanda etibarlı tərəfdaş kimi Azərbaycanın mövqelərini möhkəmləndirir.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı