Keçmişin hədəfi, bu günün reallığı: 28 May Müstəqillik Günü

Yazarlar 00:01 28.05.2025

Aytac.jpg

Müəllif: Aytac Kərimova

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! 

Bu fikirlər Azərbaycan sevdalısı Məmməd Əmin Rəsulzadənin 28 May 1953-cü il "Amerikanın səsi" radiosundan Azərbaycan xalqına səslənişidir. O səsləniş ki, daima yaddaşlarda yaşayır və Azərbaycan xalqının istiqlal ruhunu xatırladıb, azadlıq ideallarını ifadə edir. Bu gün sözügedən səslənişdən 72, lakin Şərqdə ilk parlamentli respublikanın elan olunmasından 107 il ötür. 1918-ci ilin bu günü müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bununla da, illərdir istəklərdə formalaşan müstəqillik, artıq gerçək idi. Lakin təəssüf ki, gerçəklik 23 ay mövcud ola bildi. Bu zaman ərzində Cümhuriyyət, müxtəlif sahələrdə və fərqli istiqamətlər üzrə yeniliklər bəxş edib, özünəməxsusluğu ilə seçilməyi bacardı. Beləcə, AXC - Azərbaycan Xalq Cümhuriyyəti 100 həftə, 700 günə varisini miras qoydu. O varis ki, 70 illik sovet hökmranlığından sonra yenidən müstəqilliyini bərpa etdi. Varis - Azərbaycan Respublikası, AXC-nin təməlini qoyduğu idealları günümüzdə davam etdirərək, xalqın azad yaşamaq, suverenliyini qorumaq və gələcək nəsillərə müstəqil dövlət buraxmaq arzularını gerçəkləşdirməkdədir. Bununla yanaşı, 28 May, Türk dünyasında da müstəqillik, milli özünüdərk və suverenlik ideyalarının simvolu kimi qeyd olunur. O, türk dövlətçiliyinin çağdaş formalarının ilkin modeli olub.

Sözügedən tarix, onun xüsusiliyi və Türk dünyasındakı yeri ilə bağlı siyasi şərhçi, politoloq, İstanbul Universiteti Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Yaşar Onay Ednews-a açıqlamasında qeyd edib ki, 28 May təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün tarixi məna daşıyır:

"1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti Şərqin və İslam coğrafiyasının ilk demokratik respublikası kimi tarixə düşdü. Bu böyük addım bir xalqın öz müqəddəratını təyinetmə iradəsini nümayiş etdirməsi və xalq suverenliyinə əsaslanan idarəetmə formasını qəbul etməsi baxımından son dərəcə dəyərlidir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən bir çox prinsiplər və islahatlar həyata keçirmişdir; Qadınlara seçmək və seçilmək hüququ verdi, qanunun aliliyi və mətbuat azadlığı kimi dəyərləri qəbul etdi. Bu baxımdan təkcə türk və İslam dünyasına deyil, bütün bəşəriyyətə nümunə olan mütərəqqi bir quruluşu təmsil edirdi.
28 May türk dünyasında müasir dövlət anlayışının ilk yarandığı günlərdən biridir. Türkiyə Cümhuriyyəti və sonradan müstəqillik əldə etmiş digər türk dövlətləri üçün də ruhlandırıcı rol oynadı. Bu gün Azərbaycanın müstəqil, müasir və qüdrətli bir dövlət kimi bu köklü irsi yaşatması bütün türk xalqının ortaq qürurudur. Ümid edirəm ki, qardaşlığımız, ortaq tariximiz və gələcək üçün həmrəyliyimiz daha da möhkəmlənəcək.
Yaşasın Azərbaycan!
Yaşasın türk dünyasının birliyi! "

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
"Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda davamlı sülh üçün ümid verir"
12:20 10.07.2025
Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb
12:05 10.07.2025
Azərbaycan neftinin qiyməti 76 dolları keçdi
11:50 10.07.2025
Hamısı