SON DƏQİQƏ: İsrail qırıcıları İranın dəstəklədiyi hərbi düşərgəni bombaladı - Çox sayda ölü var | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


SON DƏQİQƏ: İsrail qırıcıları İranın dəstəklədiyi hərbi düşərgəni bombaladı - Çox sayda ölü var

Münaqişələr A- A A+

Suriyanın şərqində İran ordusu və onlara bağlı qruplaşmaların dəstəklədiyi düşərgələrə hava zərbələri endirilib. Hücum zamanı azı 18 silahlı həlak olub.

Eurasia Diary xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Müşahidə təşkilatı məlumat yayıb. Ölənlərin milliyəti barədə hələlik məlumat yoxdur. Məlumata görə, hücumu İsrail qırıcıları təşkil edib.

Qeyd edək ki, son bir neçə ay ərzində İsrail qırıcıları tez-tez İranın Suriyadakı mövqelərini hədəfə alır. Ötən həftə İranın Suriya-İraq sərhədində yerləşən hərbi düşərgələri bombalanmışdı. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...