Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmağa qərar verdi - Türkiyəyə yol açır | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmağa qərar verdi - Türkiyəyə yol açır

Münaqişələr A- A A+
ABŞ 1000-ə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb.

Eurasia Diary xəbər verir ki, bu barədə mediaya ABŞ Müdafiə naziri Mark Esper açıqlama verib.

O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib. Söhbət min ABŞ hərbçisindən gedir.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış çeşməsi” əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...