Ermənilər Rus səfirliyinə hücum etdi - “Rusiya işğalçıları Ermənistandan rədd olun!” | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Ermənilər Rus səfirliyinə hücum etdi - “Rusiya işğalçıları Ermənistandan rədd olun!”

Münaqişələr A- A A+

Aksiya faşist Nijdeyə görə keçirilib.

Rusiyanın İrəvandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb isə Rusiyanın Armavir şəhərinin mərkəzi parkında erməni faşist Qaregin Njdeye qoyulan anım löhvəsinin qara rəngə boyanaması olub.

Ermənistan mətbuatı yazır ki, aksiyaların əsas təşkilatçısı “Sosna-Tsrer” partiyası olub. Partiyanın rəhbərliyi bir müddət öncə baş nazir Nikol Paşinyan tərəfindən təntənəli şəkildə qəbul edilmişdi.

Etiraz edənlərin plakatlarında “Rusiya işğalçıları Ermənistandan rədd olun!” yazısı olub. Yerli mətbuatın yazdığına görə, nümayişçilər dəfələrlə səfirlik binasına hücum etməyə də cəhd ediblər. (istipress.com)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...