Daşnaksütyun Partiyası dövlətə qarşı partizan müharibəsi aparır.
Eurasia Diary xəbər verir ki, bunu Ermənistan parlamentinin bitərəf deputatı Arman Babacanyan deyib. O, baş verənlərə parlamentin lazımi reaksiya verməli olduğunu söyləyib:
“Bu qüvvə Ermənistanın müstəqilliyinin ilk günlərindən özünün terrorçu fəaliyyətləri ilə məşhurdur. Hazırda bu qüvvə dövlətə və ayrı-ayrı hakimiyyət strukturlarına qarşı partizan müharibəsi başlatmaq qərarı qəbul edib. Hesab edirəm ki, parlament kənarda qalmamalı, baş verənlərə qiymət verməlidir. Bu proseslərin əsas hədəfi növbədənkənar parlament seçkisidir”. (axar.az)