İdlibdə ağır döyüşlər gedir - 40 hərbçi ölüb, 80-i yaralanıb | Eurasia Diary - ednews.net

23 Fevral,


İdlibdə ağır döyüşlər gedir - 40 hərbçi ölüb, 80-i yaralanıb

Münaqişələr A- A A+

Suriyanın İdlib vilayətində Bəşşar Əsədə sadiq ordu ilə rejimə müxalif silahlılar arasında ağır döyüşlər gedir.

Eurasia Diary “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Sülh Mərkəzi yayıb.

Belə ki, müxalif silahlıların hücumu nəticəsində Bəşşər Əsədə sadiq ordunun 40 hərbçi ölüb, 80 nəfər isə yaralanıb. Mərkəz 50-yə yaxın müxalif silahlının öldürüldüyünü də əlavə edib. Eyni zamanda müxaliflərin iki yaşayış məntəqəsini ələ keçirdiyi, rejim qüvvələrinin geri çəkildiyi bildirilib

Xatırladaq ki, ayın əvvəlində Suriyanın dövlət KİV-i Dəməşqin hərbi əməliyyatları bərpa etdiyini açıqlamışdı.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...