Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur | Eurasia Diary - ednews.net

6 Dekabr,


Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

Münaqişələr A- A A+

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Bu barədə Eurasia Diary Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...