İşğaldan azad edilmiş daha dörd sərhəd zastavası üzərində Azərbaycanın dövlət bayrağı ucaldılıb - FOTOLAR | Eurasia Diary - ednews.net

29 Noyabr,


İşğaldan azad edilmiş daha dörd sərhəd zastavası üzərində Azərbaycanın dövlət bayrağı ucaldılıb - FOTOLAR

Münaqişələr A- A A+

Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb.

Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb.

1993-cü ildə işğal olunmuş, 27 ildən sonra azad edilmiş dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 km hissəsinin işğaldan azad edilməsi dövlət sərhədinin tam bərpası baxımından önəmli hadisədir. 

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...