12 “Taliban” yaraqlıları Əfqanistanın Nanqarhar vilayətində özlərinin əldəqayırma bombasının partlaması nəticəsində ölüblər.
EDNews.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə RİA-Novosti xəbər verir.
Qeyd edək ki, Əfqanistanda hökumət qüvvələrinin “Taliban”-ın yaraqlıları ilə qarşıdurması davam edir. Bu qarşıdurma ABŞ-ın NATO qoşunlarının sentyabrın 1-ə kimi Əfqanistandan çıxarılması ilə bağlı qəbul etdiyi qərarından sonra daha da şiddətlənib.