Xocavənddə əsir düşən diversantlar İrəvanda danışdılar “Bizim 62 nəfərlik qrupu “Yaşma”nın 7-8 əsgəri saxladı”

Münaqişələr 13:54 08.12.2021
Azərbaycanın bir müddət əvvəl Ermənistana təhvil verdiyi keçmiş əsirlər - ötən il dekabrın əvvəlində Xocavənd rayonunda saxlanılan 62 nəfərlik diversiya-təxribat qrupunun bəzi üzvləri İrəvanda sorğu-sual ediliblər.
 
EDNews.net-in erməni mənbələrinə istinadən verdiyi məlumata görə, 44 günlük İkinci Qarabağ Müharinbəsinin başa çatmasından sonra Ermənistanın Şirak vilayətindən Xocavəndə göndərilən diversantlar İrəvandakı sorğu-sual zamanı Azərbaycan əsgərlərinə necə əsir düşdüklərini danışıblar.
 
Adları tam olaraq açıqlanmayan 12 erməni hərbçisinin sözlərinə görə, 62 nəfərlik qrupun tərkibində Azərbaycana göndəriliblər. Xocavənd ərazisində irəliləyərkən Azərbaycan əsgərlərilə üzbəüz gəldiklərini deyən erməni hərbçilər bildiriblər ki, qarşıdakılardan təmiz rusca danışan biri narahat olmamağa, onlara yaxınlaşmağa çağırış edib:
 
“Qarşımızda təxminən 7-8 nəfər əli silahlı dayanmışdı. İrəli gedəndə gördük ki, onlar azərbaycanlılardı”.
 
Keçmiş əsir R.K. ifadəsində deyib ki, saxlanılarkən müqavimət göstərməyiblər. Qarşı tərəfdəkilər də zor tətbiq etməyiblər:
 
“Bizə dedilər ki, silahlarımızı təhvil verməliyik. Növbə ilə əlimizdə olan silah-sursatı təhvil verdik, bundan sonra azərbaycanlılar əl-qolumuzu bağlayıb dedilər ki, hara aparırlarsa, biz də onlarla getməliyik. Onlar təxminən 7 Azərbaycan əsgəri və bir komandir idi”.
 
Digər erməni həbçi A.S. onları əsir götürənlərin Azərbaycanın “Yaşma” xüsusi təyinatlı dəstəsindən olan əsgərlər olduğunu vurğulayıb:
 
“Biz 62 nəfər, onlar isə təxminən 6-7 nəfər olardı. “Yaşma” dəstəsinin hərbçiləri idi. Bizi saxlayandan sonra silahları və zirehli gödəkçələrimizi təhvil verdik".
 
Sorğu-sual edilən keçmiş diversantların demək olar ki, hamısının ifadəsində “Yaşma” sözü xüsusi vurğu ilə qeyd olunub. Bu, erməni həbçilərin Azərbaycan xüsusi təyinatlılarının adından belə necə qorxduqlarını göstərir.
 
Xatırladaq ki, ötən il sentyabrın 27-də  başlayıb 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Rusiyanın vasitəçiliyilə 10 noyabr 2020-ci il tarixli üçrətərəfli bəyanatla başa çatıb.
 
Atəşkəs imzalanadan sonra noyabrın 26-da Ermənistanın Şirak vilayətindən yola çıxan 62 nəfərlik qrup Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə gələrək, diversiya-təxribat fəaliyyəti göstərmək istəyib. Ancaq terrorçu qrup dekabrın əvvəllərində tam  heyətlə Azərbaycan tərəfində əsir düşüb.
 
Zərərsizləşdirilən diversantların bir çoxu tərəflər arasında aparılan danışıqlardan sonra Rusiyanın vasitəçiliyilə Ermənistana təhvil verilib.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı