"Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır" - Britaniya kəşfiyyatı - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

"Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır" - Britaniya kəşfiyyatı

Münaqişələr A- A A+
Rusiya könüllü taborlardan ibarət 3-cü ordu korpusu yaradır.
 
Ednews xəbər verir ki, bunu Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
 
Qeyd olunub ki, yeni ordu korpusunun qarşısında iki tapşırıq qoyulacaq: Donbasda hücumu gücləndirmək və Ukraynın cənubunda ukraynalı hərbçiləri ehtimal olunan hücumlarının qarşısını almaq üçün müdafiəni təşkil etmək.
 
Kəşfiyyatın informasiyasına əsasən, Üçüncü ordu korpusu Rusiyanın Nijeqorod vilayətinin Mulino rayonunda yerləşdirilir: “Rusiyanın müəyyən bölgələrindən könüllü qrupları da cəlb etməklə “könüllülər” taborlarının hesabına belə bir korpusu formalaşdırmaq çətin olacaq”.
 
Bildirilib ki, “könüllülərə” böyük məbləğdə mükafat vəd edilir. Tabora 50 yaşadək ali təhsili olmayanlar qəbul olunurlar: “Rusiyada ordu korpusunda 15-20 min nəfər olur. Üçüncü korpusun bu saya çatdırılması ehtimal azdır. Çünki Ukraynadakı müharibəyə çox az adam könüllü qoşulur”.
 
Bu korpusun Ukraynadakı müharibədə həlledici rol oynayacağına kəşfiyyat gözləmir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...