Rusiya iqtisadiyyatı qısa müddətdə çökdürülməlidir. Qaz embarqosu tətbiq etmək və Rusiya neftinin ixracına məhdudiyyətləri sərtləşdirmək lazımdır”.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram” kanalında yazıb.
“Müharibəni dayandırmaq üçün qısa müddətdə Rusiya iqtisadiyyatını məhv etmək lazımdır. Avropa İttifaqının neft sanksiyası gələn il Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq. Qaz embarqosu isə Rusiya üçün ölümcül olacaq” – deyə Yermak qeyd edib.