Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyi rayonlardan biri də Daşkəsəndir.
Ednews xəbər verir ki, "Xəzər Xəbər"in əməkdaşları bu rayonun kəndlərində olublar, sakinlərin baş verənlərə reaksiyalarını öyrəniblər. Onlar ordumuza güvəndiklərini, narahat olmadıqlarını, həyatlarının normal axarda davam etdiyini bildiriblər.
Daşkəsən rayonunun Kəlbəcərlə sərhəd olan hissəsində atəş səsləri ötən gün gecə saatlarından başlayaraq eşidilib.
Daşkədən rayonunun kəndlərinə ziyan dəyməsə də, rayon rəhbərliyi və yerli hüquq mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq sərhəd kəndlərə baş çəkir və əhali ilə sıx təmasdadırlar.