Yəməndə husilər İsrailə qarşı çoxlu sayda ballistik raket və pilotsuz təyyarələr atdıqlarını bildiriblər.
Ednews xəbər verir ki. bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, husilər hücumların davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Bu isə İsraili naharat edib. Belə ki, ölkə artıq Hizbullahın Livandan endirdiyi zərbələrə qarşılıq verir.
İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Haneqbi bildirib ki, İsrail Yəmən husilərinin yəhudi dövlətinə hücum cəhdlərinə dözməyəcək.
Qeyd edək ki, bundan öncə NEXTA Teleqram kanalı Yəmən ordusunun generalı Yəhya Sariyə istinadla Yəmənin İsrailə müharibə elan etdiyi haqda məlumat yaymışdı.