“Əş-Şəfa” xəstəxanasında silah, avadanlıqlar və HƏMAS-ın komanda mərkəzi aşkar edilib.
Ednews xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.
“Xəstəxananın digər bölməsində hərbçilər HƏMAS-a məxsus operativ komanda mərkəzi və texnoloji vasitələr tapılıb”, - deyə bildirilib.
Qeyd edək ki, bundan öncə İsrail ordusunun xəstəxananı nəzarətə götürdüyü barədə məlumat yayılmışdı.