HƏMAS lideri öldürüldü, İran "qisas borcumuz"dur deyir - Bəs növbədə nə var?

Münaqişələr 14:30 31.07.2024

Bu gün gecə saatlarında “HƏMAS” rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Atəş nəticəsində Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə həyatını itirdi. Hadisə ilə bağlı araşdırmalar aparılır. Digər tərəfdən HƏMAS bunun cavabsız qalmayacağını, İran dini lideri Xamenei isə qisasın İranın borcu olduğunu söyləyib. Bəs növbədə nə var? Bu hadisə Qəzza müharibəsinin gedişatına necə təsir edəcək?

Ednews ərəb ekspertlər arasında sorğu keçirib.

Mövzu ilə bağlı Misirin Ərəb Siyasi və Strateji Araşdırmalar Mərkəzinin direktoru, Dr. Məhəmməd Sadiq İsmayılın sözlərinə görə bu hadisənin əks-sədası olduqca çox olacaq.

"İsmayıl Haniyə HƏMAS hərəkatının simvollarından birini təmsil edir, ona görə də onun öldürülməsi hərəkat üçün təhlükədir və həmçinin HƏMAS ilə İsrail arasında növbəti atəşkəs razılaşmasını təhdid edir. Qruplaşmanın özünə gəlincə, onlar İsraili Haniyənin öldürülməsinə cavab verməklə hədələyir, bu da o deməkdir ki, HƏMAS yaxın gələcəkdə İsrailə qarşı bir sıra hərbi əməliyyatlar keçirəcək , buna görə də regionda böyük bir eskalasiya gözlənir. Qeyd etmək lazımdır ki, bu hadisə İsrailin Livan Hizbullah hərəkatının bir çox liderlərini hədəf aldıqdan sonra baş verib, yəni bölgədə müharibəni genişlənmək istəyən Həmas və Hizbullah yox İsrailin özüdür".


İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Dr. Moataz Mohi Abdel Hamid isə hesab edir ki, Həmas liderin öldürülməsi Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi şansını əngəlləyəcək:

"HƏMAS liderinin Tehranda öldürülməsi İsrailin Qəzza zolağında apardığı müharibə və Livanda münaqişənin genişlənməsi qorxusunu gücləndirir. Eyni zamanda sözügedən hadisə bir çox sualların yaranmasına səbəb olub, o cümlədən İsrailin yeni prezidentin andiçmə mərasimində iştirak edən ölkə rəhbərlərini qorumaq üçün İranın təhlükəsizlik sisteminə necə müdaxilə edib. Həmçinin, bu hadisə  İsrailin istədiyi zaman istifadə edə biləcəyi bir agentlərdən ibarət bir kəşfiyyat sisteminə malik olduğunu göstərir".

İran Siyasətlərinin Təhlili üzrə Ərəb Forumunun sədri Dr. Məhəmməd Möhsün Əbu Əl Nur belə münasibət bildirib:

"Tehranda Fələstin HƏMAS hərəkatının liderini öldürülməsi HƏMAS dan daha çox İrana ziyan vurur və onun dünyadakı siyasi mövqeyini təlükə altına salır. Hadisə ilə bağlı İranın gözlənilən cavabı ilə İran-Amerika danışıqları prosesini çətinləşdirəcək. Bu hadisə həmçinin İsrailin  böyük kəşfiyyat sisteminə malik olduğunu göstərir".

Loğman Yunis

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Hamısı