KİV: HƏMAS Qəzzanın şimalı və mərkəzində nəzarəti bərpa ETDİ

Münaqişələr 10:45 06.08.2024

İsrailin doqquz aydan çox davam edən şiddətli hücumlarına baxmayaraq, HƏMAS-ın Qəzzanın şimal və mərkəzi hissələrindəki hərbi batalyonlarının demək olar ki, yarısı döyüş potensialının bir hissəsini bərpa edib.

Ednews xəbər vverir ki, bu məlumat Müharibə Araşdırmaları İnstitutu, Amerika Sahibkarlıq İnstitutunun “Kritik Təhlükələr” layihəsi və CNN-in birgə hesabatında bildirilir.

24 iyulda Konqresin birgə iclasında çıxış edən İsrailin Baş naziri Binyamin Netanyahu, HƏMAS üzərində "Qələbənin" "artıq yaxın olduğunu" bildirsə də, hərbi ekspertlər başqa fikirdədirlər.

Hadisə yerindən çəkilmiş kadrlar və ekspertlər və şahidlər ilə müsahibələr əsasında HƏMAS-ın hərbi əməliyyatlarının təhlili, İsrail liderinin iddialarını şübhə altına alır. HƏMAS-ın iyul ayına qədər olan fəaliyyətini əhatə edən araşdırma göstərir ki, Fələstin hərəkatı məhdud resurslardan səmərəli istifadə edir.

"İsraillilər təmizlənmiş ərazilər haqqında danışırlar, lakin onlar bu əraziləri tam təmizləməyiblər, onlar [HƏMAS döyüşçülərini – red.] ümumiyyətlə məğlub etməyiblər. HƏMAS döyüşməyə hazırdır", - deyə “Kritik Təhlükələr” layihəsinin (CTP) Yaxın Şərq üzrə eksperti və Müharibə Araşdırmaları İnstitutu (ISW) ilə HƏMAS və İsrailin hərbi fəaliyyət modellərini öyrənən birgə araşdırmanın rəhbəri Brayan Karter bildirib.

CTP və ISW belə nəticəyə gəlir ki, HƏMAS-ın səkkiz tam döyüş qabiliyyətli batalyonu və mühasirəyə alınmış anklavın şimal və mərkəzində on üç deqradasiyaya uğramış batalyonu var.

Bu hesabat üçün müsahibə verilmiş Amerika hərbi ekspertləri, İsrailin şiddətli bombardman kampaniyası və müharibədən sonrakı planın olmamasının HƏMAS-ın hərbi dirçəlişini təşviq etməyə kömək etdiyini bildiriblər.

"İsrailin yanvar ayında Qəzzanın şimalından getməsindən cəmi bir həftə sonra HƏMAS-ın dirçəlişini müşahidə etməyə başladıq", - deyə Karter bildirib.

İyulun ortalarında İsrail qəzeti The Times of Israel İsrail ordusunun hesabatının məzmununu dərc etdi. Hesabatda, doqquz aylıq müharibəyə baxmayaraq, HƏMAS-ın hərbi infrastrukturunun çox hissəsinin qorunub saxlandığı və fələstin hərəkatının tunel şəbəkəsinin hələ də "yaxşı funksional vəziyyətdə" olduğu qeyd olunub.

Xatırladaq ki, yanvar ayında İsrail ordusu HƏMAS-ın Qəzzadakı tunel şəbəkəsinin uzunluğunun 350-450 mil təşkil etdiyini və "gözlənildiyindən xeyli çox" olduğunu qiymətləndirib. Müdafiə Nazirliyinin nümayəndəsi İsrail qəzetinə bildirib ki, tunellərin sökülməsi illər çəkə bilər.

Əkbər Novruz

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Hamısı