Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri işğal olunmuş Krım ərazisində Şimali Krım kanalı üzərində yerləşən dəmiryolu körpüsünün məhv edildiyini açıqlayıb.
EDnews xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri əməliyyat nəticəsində Şimali Krım kanalı üzərindəki strateji əhəmiyyətə malik dəmiryolu körpüsünü sıradan çıxardıqlarını bəyan ediblər.







