İyunun 19-da Azərbaycanda pensiyaların ödənişinin tam yekunlaşdırılması planlaşdırılır.
EDnews xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin tarixdə respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Məlumata əsasən, iyunun 19-da güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
.jpg)






