Dövlət Musiqili Dram Teatrı uzun illərdən sonra Şuşada tamaşa nümayiş etdirib.
Ednews xəbər verir ki, mədəniyyət hadisəsi ilə bağlı Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında paylaşım edib.
Bu gün baş tutan Azərbaycan dramaturqiyasının banilərindən olan Mirzə Fətəli Axundovun yazdığı “Sərgüzəşti – vəziri – xani – Lənkəran” komediyası oynanılıb.
Aktrisa tamaşadan görüntüləri yayımlayaraq, bu sözləri yazıb.
“30 ildən sonra Şuşa Musiqili Dram Teatrının Şuşada ilk tamaşası. Bu günləri bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.